“Bu millət ağlaşmağa öyrəşib. yenə ver deməyi bilir ” - Şəbnəm Tovuzlu

12-07-2019, 09:01           
“Bu millət ağlaşmağa öyrəşib. yenə ver deməyi bilir ” - Şəbnəm Tovuzlu
“Nə Həci Həci düşmüsünüz? Ailənin öz yeri var, mən özüm bu qədər toylara, tədbirlərə gedirəm. Qazancım yoxdur ki, yazırlar Həcinin hesabına yaşayırsan? Ay millət, bunu görən yoxdur?”

Bu sözləri müğənni Şəbnəm Tovuzlu sosial media hesabında izləyicilərə rəy bölməsində yazıb.

O, izləyicisinin “Tovuzda da belə istirahət edirdin? Hamıya nəsib olmur da, bu Həcidən” şərhinə sərt cavab verib:

“İnsanlarımızın bəziləri xaindir. Tovuzda da gözəl günüm, həyatım olub. Həci qədər daş düşsün əzizlərinin başına ki, sənin kimi murdarlar yapışıb Həcidən. Ay xəstə, mən hər zaman sənətimlə pul qazanan, gözəl yaşayan ifaçı olmuşam. Ayaq yolumuz sənin evinin zalından məsləhətlidir. Qələtini et. Bu millət ağlaşmağa öyrəşib. Olanını da gizlədir, yoxdur, yenə ver deməyi bilir. Şükür hamı da gözəl yaşayır. Acından ölən vayfayın pulunu haradan alır?” (axşam.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru