Xalq yazıçısı Yusif Səmədoğlunun anım günüdür

17-08-2019, 10:11           
Xalq yazıçısı Yusif Səmədoğlunun anım günüdür
İstedadlı nasir, ictimai xadim, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı, "Şöhrət" ordenli Yusif Səmədoğlunun anım günüdür.

Cebhe.info-nun məlumatına görə, Yusif Səməd oğlu Vəkilov (Yusif Səmədoğlu) 1935-ci ildə Bakıda anadan olub. Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki M.Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub.

"Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri, C.Cabbarlı adına "Azərbaycanfilm" kino studiyasında redaksiya heyətinin üzvü, baş redaktoru, "Azərbaycanfilm" kino studiyası direktorunun müavini, "Ulduz” jurnalının baş redaktoru, "Azərbaycan" jurnalının baş redaktoru vəzifələrində işləyib.

"220 saylı otaq", "Qalaktika", "Qətl günü" kitablarının müəllifidir. Məşhur “Qətl günü” romanı Azərbaycanda ekranlaşdırılıb.

Azərbaycan komsomolu mükafatı laureatı Y.Səmədoğlu Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub.

Yusif Səmədoğlu 1998-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.