"Nədənsə ancaq AzTV-nin adı hallanır"

10-07-2020, 13:36           
"Nədənsə ancaq AzTV-nin adı hallanır"
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin 2 əməkdaşı – Rövşən Binnətli və Fikrət Adıgözəlov hazırda müalicə olunur. 6 əməkdaşın müalicəsi isə artıq başa çatıb. Bu barədə “Şərq”ə Az.TV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva məlumat verdi. N.Rəfiyeva bildirdi ki, digər telekanalların əməkdaşları arasında da koronavirusa yoluxma faktları mövcuddur, lakin nədənsə, Az.TV-nin adı daha çox hallanır:

- Biz başa düşürük ki, Azərbaycan Televiziyası böyük bir qurumdur və daha artıq diqqət mərkəzindədir. Lakin bəzən informasiyaların məzmunu elə tərtib edilir, sanki biz əməkdaşlarımıza sahib çıxmırıq, guya, əməkdaşlarımız işdə virusa yoluxublar. Axı bu necə müəyyən edilə bilər ki, yoluxma halı məhz iş yerində baş verib? Yoluxmanın mənbəyini tapmaq çətindir. Bu əməkdaşların ailələri, dostları, ünsiyyətdə olduqları adamlar var. Belə münasibət əlbəttə, bizi incidir. Dövlət televizisiyası bütün əməkdaşlarına qayğıyla yanaşır. Xəstələnən əməkdaşlarımız üçün də əlimizdən gələni etmişik. Heç bir əməkdaşımıza laqeyd qalmamışıq. Media elə bir sahədir ki, burada hamı yoluxma riski altındadır. Çünki media hadisələrin içində, tam ortasındadır. Reportaj hazırlamaq, informasiya əldə etmək, onu hazırlayıb efirə vermək, bunlar hamısı əmək tələb edən işdir. Biz əməkdaşların sayını minimuma endirmişik. Əməkdaşların sayını 30 faizdən aşağı salmışıq. Bir sıra şöbələrin, departamentlərin əməkdaşları demək olar, bütünlüklə məzuniyyətə göndərilib. Yay mövsümüdür, yeni verilişlər yoxdur deyə, çətinlik o qədər də hiss olunmur. Gündəlik işə cəlb olunanlar zəruri sahələrin əməkdaşlarıdır. Şirkət daxilində dezinfeksiya işləri, profilaktik tədbirlər daim aparılır. Narahatlığımız hazırda müalicə olunan 2 əməkdaşımızla bağlıdır. Onların da vəziyyəti qənaətbəxşdir. İnanırıq ki, tezliklə sağalacaqlar.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.