Məşhur sufi alimlərə od püskürdü: Ya Allah, ya da tarix! Seçim insanlarındır.

19-08-2019, 15:28           
Məşhur sufi alimlərə od püskürdü: Ya Allah, ya da tarix! Seçim insanlarındır.
Ya Allah, ya da tarix! Seçim insanlarındır.
Həqiqətən çox təəssüfləndirici haldır ki, insanlar bir şeyin tam ayrı mənada olduğunu anladıqları halda, yenə öz dediklərini təkrarlayırlar. Mən, Şah İsmail Xətai ilə bağlı bütün yazılarımda xüsusi bildirmişəm ki, bütün tarix rəmzdir və Allahla, Onun bu dünyada gördüyü və görəcəyi işlərlə bağlıdır. Lakin buna qulaq asan yoxdur. Hərə öz bildiyinin düz olduğunu sübut etməyə çalışır. Əgər belədirsə, onda o alimlər buyursunlar "qızılbaş" rəmzinə İzah versinlər. Əhdi-Ətiqdə açıq yazılır ki, Qızılbaş dedikdə - Xaldeyanın şahı Navuxodonosor nəzərdə tutulur. Navuxodonosor isə sufi-batinilikdə Nəbi+Xuda (Xətai)+Nİzar
rəmzidir ki, bu də "Şah-Peyğəmbər Nizar" dedməkdir. Nizar isə batinilikdə Həsən İbn Sabbahın xüsusi qoruduğu, axirətdə assasinlərin başına keçəcək Mehdidir. Xaldeya dedikdə burada Azərbaycan Atabəglər ailəsinin aid Xilat eli nəzərdə tutulur. Başqa sözlə, qızılbaşlar - Xilat Atabəglərinin ordusudur. Şah İsmailin ordusunun "Sorxsər bidin mülhidləri" adlanması da, onların - "Ölümsüz Asar/Osiris Allahının Beytdə ömürlərini davam etdilərn mələkləri" deməkdir. Yəni mülhid - mələk anlamındadır. Ümumiyyətlə, görəsən "Şah İsmail Xətai" rəmzinin bütövlükdə mənasını anlayan varmı? Təbii ki, yoxdur. Lakin ondan yazan istənilən qədərdir. Belə olmaz! İnsanları avam sayıb, onlara "dərs" demək lazım deyil. Onsuz da bir azdan bütün sirlər açılacaq və özünü bilən kimi göstərənlər çox pis durumda qalacaqlar. Xalqımıza isə bildirmək istəyirəm ki, müasir alimlərin yazılarına inanmasınlar. Onlar həqiqəti bilmirlər. Ümumiyyətlə, sufi-batini məntiqində Allahla tarix əks qütblərdir. Allah varsa tarix ola bilməz. Çünki insanları Allah idarə edir. Tarix varsa, onda Allah kimdir? İnsanlar seçim etməlidirlər. Ya zahiri mənanı əsas götürüb, Allahın fəaliyyətin heç saymalı, ya da batini əsas götürüb. yazılan tarixin cəfəngiyyat olmasını qəbul etməlidirlər. Seçim insanlarındır.
Firudin Gilar Bəg












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.