Çavuşoğlunun “Barış bulağı”nın bərpa oluna biləcəyi ilə bağlı dedikləri Rusiyada təəccübə səbəb olub

19-11-2019, 19:11           
Çavuşoğlunun “Barış bulağı”nın bərpa oluna biləcəyi ilə bağlı dedikləri Rusiyada təəccübə səbəb olub
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Suriyanın şimalında “Barış bulağı” hərəkatının bərpa oluna biləcəyi ilə bağlı dedikləri Rusiya Müdafiə Nazirliyinin təəccübünə səbəb olub.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib ki, hərbi əməliyyatların yenidən bərpa edilməsi Suriyanın şimalında vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər.

“Türkiyə XİN başçısının hərbi əməliyyatların bərpa oluna biləcəyi ilə bağlı bəyanatı Rusiya və Türkiyə prezidentlərinin imzaladıqları birgə memorandumda qeyd olunduğu kimi nizamlanmaya deyil, ancaq Suriyanın şimalında vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər”, - deyə İ. Konaşenkov qeyd edib.

Xatırladaq ki, M. Çavuşoğlu ABŞ və Rusiyanı Suriya ilə bağlı razılaşmanın tələblərini yerinə yetirməməkdə qınayıb. Nazir ərazinin terrorçulardan təmizlənməyəcəyi təqdirdə yenidən əməliyyatlara başlanılacağını qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.