Türk generaldan şok: İran təyyarəni səhvən vurmayıb!

13-01-2020, 02:02           
Türk generaldan şok: İran təyyarəni səhvən vurmayıb!
Raketlə vurulan təyyarədə ola bilsin ki, İranın ölməsini istədiyi biriləri olub.

Teref.az Axar.az-a xəbər verir ki, bu iddia ilə Türkiyənin ehtiyatda olan general-leytenantı Orxan Kösə çıxış edib.

İranın səhvən raket zərbəsi ilə sərnişin təyyarəsini vurması barədə bəyanatını şərh edən Kösə bunun inandırıcı olmadığını vurğulayıb:

"Səs sürətilə gələn bir raketlə yeni havaya qalxdığı üçün maksimum 200 millə hərəkət edən sərnişin təyyarəsini qarışdırmaq mümkün deyil. Görəsən, o təyyarədə İranın ölməsini istədiyi kimlərsə var idimi?.."

Qeyd edək ki, Ukraynaya məxsus sərnişin təyyarəsinin Tehran yaxınlığında 8 yanvarda raketlə vurulması nəticəsində 176 nəfər sərnişin və ekipaj üzvünün hamısı ölüb. İran Ukraynanın sərnişin təyyarəsini səhvən vurduğunu etiraf edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.