"Türkiyə mediasında gizli və aşkar erməni dəstəkçiləri vardır, onlar daha çox marksist örtüyü altında gizlənir." Dilavər Əzimli

3-11-2018, 20:21           
"Türkiyə mediasında gizli və aşkar erməni dəstəkçiləri vardır, onlar daha çox marksist örtüyü altında gizlənir." Dilavər Əzimli
Çoxillik dostum, “Kafkassam” Araşdırmalar Mərkəzinin sədri Həsən Oqtay maraqlı bir məsələ ilə bağlı çıxış edib. O, yazır ki, Türkiyə mediasında gizli və aşkar erməni dəstəkçiləri vardır. Daha sonra bildirir ki, qardaş ölkədəki erməni lobbisi mediada daha çox marksist örtüyü altında gizlənir. Bu mənada təklif edir ki, Azərbaycan Türkiyədəki lobbi fəaliyyətini gözdən keçirib yenidən strukturlaşdırmalıdır. O, qeyd edir ki, tez-tez Türkiyə mediasında Azərbaycanla Türkiyə arasında problem yarada biləcək materiallar dərs olunur və bilərəkdən şişirdilir. Bununla bağlı bir neçə misallar da çəkir. O, daha sonra əlavə edir ki, erməni lobbisi Türkiyədə erməni əsilli jurnalistlər üzərində güclü təsirə malikdir. Eyni zamanda marksist və sol düşüncədən də uğurla istifadə edir. Bəllidir ki, Türkiyədə parlamentdə və bələdiyyələrdə də xeyli ermənilər çalışırlar. Bunlar da az iş görmürlər.
Biz illərdir ki, bu məsələ barədə yazırıq. Yazırıq ki, tez-tez Türkiyə mətbuatında Azərbaycanla Türkiyə arasına xələl gətirəcək materiallar dərc olunur. Bunların çoxu da bilərəkdən edilir. Məsələn, daima Sultan-Səlim Şah Xətai münasibətlərinə dair məqalələrə yer alır, romanlar çap olunur. Bunların müəllifləri kimdir? Hansı məqsədlə dərc edirlər? Biz də bunları yoxlamadan dərhal tənqidlərə keçirik. Bizdə də olan xüsusi “qüvvələr” dərhal işə keçir. Bəs bizdə bu qüvvələri kimlər təmsil edir? Maraqlıdır ki, Türkiyədə erməni lobbisi açıq və gizli şəkildə fəaliyyət göstərir. Bizdə isə tam gizli şəkildə fəaliyyət göztərdiyindən onları müəyyən etmək olmur. Vaxtaşırı olaraq Azərbaycanda erməni təbliğatına dair məlumatlar yer alır. Yaxid Vilkipediyada tez-tez erməni qələmindən çıxana bənzər materiallar yer alır. Buna qarşı güclü reaksiya olanda da dərhal yazırlar ki, bilməməzlikdən olubdur. Dərsliklərimizdə “Böyük Ermənistan” xəritəsi verilir. Yaxud, televiziya verilişində Albaniya ilə bağlı söhbət gedəndə “Böyük Ermənistan” xəritəsi verilir, sonradan isə bunun günahını rejissorun üzərinə atırlar. Və ya hansısa restorana, kafeyə ad seçəndə bu cür üsullardan istifadə edir, sonradan güclü etiraz olanda geri çəkilirlər. Bunlar təsadüfdürmü? Hesab edirik ki, təsadüf heç nə yoxdur. Bəllidir ki, erməni lobbisi dünyada ən güclü lobbilərdən biri sayılır və Azərbaycanda da onun iş aparması təəccüblü deyildir. Bizdə onların iş aparması üçün ən yaxşı vasitə Rusiya ilə münasibətlərdir. Bundan əlavə Azərbaycanda “beşinci kolon” çox sərbəst fəaliyyət göstərir. Azərbaycanda anası və yaxud xanımı erməni əsilli olan nə qədər vəzifədə olan məmurlar, elm adamları, media nümayəndələri vardır? Bunun müqabilində milli qüvvələrin səsi çıxmır. Çünki onların resursları yoxdur. Əllərində vəsait olmadığından aciz qalmışlar. Milli düşərgənin sanballı efir imkanı, qəzet imkanları belə yoxdur. Bu da dövlətçiliyimiz üçün ciddi fəsadlar yarada bilər. Söhbət ərazisi işğala məruz qalan bir ölkədən gedir. Münasibətlərin korlanmasında İrana bağlı saytlar və insanlar da az rol oynamır. Bunlar daha çox din amilindən istifadə edirlər. Qeyd edək ki, qardaş Türkiyədə də müəyyən qüvvələr din amilindən xüsusi olaraq yararlanaraq münasibətlərə kölgə salmağı ustalıqla bacarırlar. Qardaş Türkiyədə də milli qüvvələr divara sıxışdırılmışdır. Onların da əllərində resurslar demək olar ki, yoxdur. Bu mənada dostum Həsən Oqtayın qaldırdığı məsələ çox aktuladır. Biz xüsusi olaraq Azərbaycanın xaricdə yaşayan həmvətənlərimizlə “İş üzrə Dispora Komitəsinə” üz tuturuq. Burada yeni rəhbərlik fəaliyyətə başlamışdır. Az müddətdə çox iş görmüşdür. Bu günlərdə İsveçdən gələn dostumuz bu komitənin sədrinin fəaliyyətini xüsusi olaraq vurğuladı. Dedi ki, 15 ildir ki, İsveçdəyəm. Özüm oranın televiziyasında çalışıram. Bundan əvvəlki rəhbərlik bizi yaxına belə qoymurdu. Amma bura gələn kimi yeni sədr məni qəbul etdi, düz üç saat söhbət etdik. Dedi ki, onun fəaliyyəti bizi ruhlandırır. Buraya mən də əlavə edim ki, məhz bu adamın fəaliyyəti nəticəsində ciddə canlanma baş vermiş və dispora fəaliyyətimizdə ciddi uğurlar əldə olunur. Ona üz tutub deyirəm ki, cənab sədr, Türkiyədə diaspora məsələsinə ciddi fikir verin. Biz orada təhlükə hiss etmədiyimizdən, oranı yalnız ermənilərin bizi qətliam etdikləri ərəfədə yada salırıq. Ora gedən bəzi deputalarımız da oranı artıq yağır ediblər. Yəni, onların fəaliyyəti bu günümüzü əks etdirmir. Onsuz da ermənilər tarix boyu onun-bunun hesabına həyat yaşayıblar və məqam gələndə qətliamlar törədiblər. Erməni kilsəsi də etiraf edir ki, onların siyasəti terrora söykənməklə dövlət yaratmaq olubdur. Erməni kilsəsi terrorun başında dayanır. Buna görə biz tarixdən danışmaqla bərabər bu günlərlə bağlı iş aparmalıyıq. Dostumuz Həsən Oqtay bizə mesaj verir. Bu olduqca ciddi mesajdır. Biz qardaş Türkiyədə diaspora fəaliyyətimizə yenidən baxmalıyıq. Azərbaycan səfirliyində, konsulluğunda təmsil olunanlar kimlərdir? Onlar bu sahədə hansı işi aparırlar? Mən bəzi yoldaşlardan onların bəzilərinin yarıtmaz fəaliyyəti barədə eşitmişəm. Həm də Türkiyədə türkiyəli alimlərdən eşitmişəm... Bu mənada bu məsələdə ciddi olmaq lazımdır. Ölkəmizdə də erməni izlərinə qarşı son dərəcə ciddi olmalıyıq. Yaranan münbit şəraitdən ermənilər həmişə uğurla bəhrələnirlər. Fikir verirsinizə, XIX əsrin sonları və XX əsrin əvvələrində Rusiya imperiyasında yaranan bütün sol, sağ və o cümlədən marksist yönümlü partiyalarda, ictimai birliklərdə ermənilər dolu idi. Nəticədə Azərbaycanda bolşeviklər iqtidara gələndə ölkəmiz demək olar ki, onların əllərinə düşdü. Azərbaycanda nə qədər yüksək vəzifəli ermənilər var idi. Bu tarixdir. Tarix də nəticədir. Ermənilər Azərbaycanın Güneyində, yəni İran Azərbaycanında və qardaş Türkiyədə də fəaldırlar. Bizdə də gizli fəaliyyətə üstünlük verirlər. Bu mənada bizim media da son dərəcə ehtiyatlı olmalıdır. Digər tərəfdən bunun qarşısına yalnız milli qüvvələr çıxa bilər. Onlara geniş imkanlar yaradılmalıdır. Ölkədə elə media orqanları vardır ki, onların fəaliyyəti ölkə maraqlarına ancaq ziyan gətirir. Amma maliyyə resursları çox yüksəkdir. Amma elə milli qüvvələr var ki, ofis pulunu belə ödəyə bilmir. Qardaş Türkiyədə də belədir. Bu da ümumi Türk dünyasına ciddi zərbələrə endirir. Hələ mən Orta Asiya respublikalarına toxunmadım. Görün oralarda nələr baş verir... Ermənilər at oynadır. Təbii ki, onların əsas məqsədi Azərbaycan Türkiyə münasibətlərinə xələl gətirməkdir. Çünki bilirlər ki, Rusiya çökməkdə davam edir. Rusiyanın əlləri Qafqazdan çıxmaqdadır. Belə olduqda Türkiyə və Azərbaycan ordusu bir gün Rusiyanın hərbi və Qərbin diplomatik dəstəyi hesabına işğal etdikləri əraziləri geri qaytaracaqdır. Onda onların Qafqazda qalıb-qalmamaq məsələsi həll olunacaqdır. Bu mənada ciddi fəaliyyətə üstünlük verməklə Türkiyə ilə Azərbaycan arasında düşmənçilik toxumu səpməyə daha çox üstünlük verirlər.
Dilavər Əzimli.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.