Azərbaycanlı quldurlar uzaq Sibirdə atışır

3-12-2018, 07:09           
Azərbaycanlı quldurlar uzaq Sibirdə atışır
Rusiya İstintaq Komitəsinin Yamal-Nenets Muxtar Dairəsi üzrə İdarəsinin mətbuat xidmətinin məlumatına görə, baş vermiş hadisənin törədilməsində şübhəli bilinənlərdən biri saxlanılıb.

Faktla bağlı Rusiya CM-nin iki maddəsi - “qətl törədilməsi” və “iki nəfərə ölüm məqsədilə sui-qəsd” – üzrə cinayət işi başlanıb.

İlkin məlumata görə, münaqişəyə səbəb biznesin bölüşdürülməsi olub. Sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, öldürülən Aqşin Həsənov münaqişədə olan mütəşəkkil cinayətkar qruplardan birinin rəhbəri olub. Yaralananlar isə Yalmın və Mais Məmmədov qardaşlarıdır.

* * *09:32

Rusiyanın Yamal-Nen muxtar vilayətinin Nadım rayonunda Azərbaycandan olan mütəşəkkil cinayətkar qruplaşmalarının nümayəndələri arasında atışma baş verib. Virtualaz.org xəbər verir ki, dekabrın 1-də baş vermiş atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər ağır yaralıdır və reanimasiyadadır.

Ölən şəxsin mütəşəkkil qruplaşmalardan birinin lideri olduğu bildirilir. “Razborka”nın səbəbi biznesin bölüşdürülməsi üstündə yaranan münaqişədir.

Nadım rayonu üzrə daxili işlər idarəsindən bildiriblər ki, şəxsi heyət həyacan siqnalı ilə qaldırılıb. Atışmanın iştirakçılarının yaxalanması üçün genişmiqyaslı axtarış tədbirləri həyata keçirilir, habelə şahidlər dindirilir, atışma iştirakçılarının kimliklərinin müəyyən olunması üçün istintaq aparılır.

Virtualaz.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.