Əsrin ən vəhşi cinayətkarı - 24 il qızını zirzəmiyə həbs edib zorlayan ata - FOTO

3-12-2018, 09:42           
Əsrin ən vəhşi cinayətkarı - 24 il qızını zirzəmiyə həbs edib zorlayan ata - FOTO
Teref.az "ölkə.az"-a istinadən bildirir ki, Jozef öz doğma qızını 24 il zirzəmiyə həbs edib onu zorlayan bir canidir.

Fritzl 1935-ci ildə Amsterdamda anadan olub. Rozmari adlı qadınla evlənib. Arvadı ondan çox qorxurdu. Cütlüyün 7 uşağı dünyaya gəlib. Fritzl elektrik mühəndisi idi. Əvvəlcə ona hörmətlə yanaşsalar da, sonradan bir qadını zorladığı üçün 1.5 il həbsdə yatır. O, həbsdən çıxdıqdan sonra heç nə olmamış kimi həyatına davam etsə də, qızı Elizabeti zorlamağa başladı.

Elizabetin 17 yaşı olanda atasından qurtulmaq üçün evdən qaçsa da, tutuldu. Bundan sonra qızın dəhşətli həyatı başladı. Fritzl evin zirzəmisində bir otaq düzəltdi və heç kəsi ora buraxmadı. O, qızı üçün "Bir təriqətə üzv olub" yalanını uydurdu və Elizabeti o otağa həbs etdi. Fritzl qızına zorla məktublar yazdırır və evinə göndərir, arvadını da qızının evdən qaçdığına inandırırdı.

Fritzl 24 il qızını zirzəmidə zorladı. Elizabet 6 uşaq dünyaya gətirdi. Qəddar ata uşaqların üçünü guya "Elizabet qapının ağzına qoyub" yalanı ilə evə gətirdi. Digər üç uşaq isə anaları ilə zirzəmidə yaşadı.

24 ildən sonra Elizabetin oğlu Kerstinin xəstələnməsi oldu. Jozef vəziyyəti ağır olan uşağı xəstəxanaya apardı. Uşağı xəstəxanaya aparanda Elizabet atasına kömək etdi və illər sonra ilk dəfə havaya çıxdı. Kerstin bir təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldı. Elizabet isə əvvəlcədən uşağının cibinə kömək istədiyini qeyd etdiyi bir kağız parçası qoymuşdu. Kağız parçası xəstəxanada tapıldı və Avstriya polisinə təhvil verildi. Beləcə, illər əvvəl bağlanmış Elizabet cinayəti yenidən açıldı. Fritzl isə arvadına qızlarının 24 il sonra geri dönəcəyini bildirdi. Elizabet isə atası tərəfindən hədələndiyi üçün onun dediklərini təsdiqlədi və onlar Kerstini görmək üçün xəstəxanaya getdilər. Bu zaman polis Elizabeti saxlayaraq polis idarəsinə apardı. Elizabet baş verənləri polisə danışıb. Qız şiddətə məruz qaldığını, günlərlə uşaqları ilə ac qaldığını məcburən porno videolar izlədiyini, uşaqlarının gözü qarşısında o porno filmlərdəki səhnələri canlandırdığını qeyd edib. Bu ifadələrdən sonra Jozef həbs edildi.

Fritzl 7 uşağın ondan olduğunu və qızını 24 il pəncərəsiz zirzəmiyə həbs etdiyini etiraf edib. O, zirzəminin qapısının gizli, açarsız sistemlə açıldığını bildirib.

Rozmari isə baş verənlərdən xəbərsiz olduğunu bildirib. O, qızının hansısa təriqətə üzv olduğunu düşündüyünü qeyd edib. Elizabet isə atasının qapıya tələ qurduğunu, içəridən icazəsiz açılsa partlayış baş verəcəyini və içəri zəhərli qazın dolacağını deyib. Sonradan DNA testi nəticəsində uşaqların atasının həqiqətən də Jozef olduğu üzə çıxıb.

Fritzl ömürlük həbsə atılıb. Onun digər məhkumlarla görüşməsinə icazə verilmir. Elizabet isə uşaqları ilə özünə həyat qurub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.