Daha bir əskərin müəmmalı ölümü.....
10-07-2017, 12:10
02.03 2017 ci il tarixində hərbi hissədə müəmmali şəkildə həlak olmuş zabit Cəlal Mənsumovun anasi ilə növbəti müsahibəmiz.
Adilə xanim Cəlaldan sonra onlarin da ölümlə hədələndiklərin bildirir.
Adilə xanim,ilk öncə Cəlala olan təhdid barədə bir qədər ətrafli danişardiz
Hərbi hissəyə getməmişdən bir gün əvvəl gecə Cəlala zəng gəldi.Cəlal cox əsəbi cavablar verirdi.
-Nə deyirdi?
Nə edəcəksizsə edin,nə olacaqsa olsun .Ailəmi güclə dolandiriram.
Mənim bundan artiğina gücüm catmir artiq.
Sabah hərbi hissəyəyə gəl səni də atanin yanina göndərəcəyik.
-Yəni?
-Yəni səni də öldürəcəyik demek istəyirdi zəng edən .
Zəng edən şəxsin kim olduğu ilə maraqlanmadiz?
Əlbəttə maraqlandim.Narahat olma ana hec bir problem yoxdur dedi və telefonun söndürdü.Bir müddət telefonu yandirmadi.Telefonu acsn kimi yenə zəng gəldi.Narahat olduquma görə danişiqarina qulaq asirdim.Bu zəng edən adam ona israrla hərbi hissəyə gəlməməyi tapşirirdi.Cəlal da nə olacaqsa olsun gələcəm dedi.
Səhəri nə qədər yalvarsam da məni eşitmedi.Getdi.3 gün sonra ölüm xəbəri gəldi.Şəhid kimi defn etdilər.Ölüm kaqizin alanda gözümə inanmadim.Kəskin tənəffüs ürək catişmamazliqindan öldüyü yazilmişdi.Ona gələn zəng ,şəhid oldu deyib ardiyca ürək catişmsmazligindan öldü yazmaqlari ölümün müəmmali olmasina sübutdur.Oğlumu öldürdükləri azmiş kimi indi də bizi ölümlə hədələyirlər.
Nə səbəbə?
Bu hadisənin mətbuata cixmasin istəmirlər.
Konkret olaraq sizə kim və necə hədə gəldi?
Sizin yazi cixandan sonra gizlin nomreden zəng gəldi .Bu işin başini buraxin elə etməyin ki, ölünüzü qoyub dirinizi ağlayasiz dedi.
Bundan sonra nə etmək fikriniz var?
Hec kimdən və hec nədən qorxum yoxdur .Ilk növbədə eksqumaziya tələb edirem.Cəlali hərbi hissədə qətlə yetiribler.Oğlumun qatilin tapilib cezalandirilmasin tələb edirem.Bu hadisəni ört -basdir etmek ücün hər vasitəyə əl atirlar.Bir canim var lazim olsa onu da oğluma qurban verəcəm amma onun qaninin batirilmaqina imkan vermeyecem.
Vüsalə Quliyeva