Məzahir Pənahovun nəzərinə: Cəlilabad 68 və 69 saylı Dairə Seçki komissiyarında işlər bərbad vəziyyətdədir MONİTORİNQ

26-10-2015, 15:57           
teref.aznun Cəlilabad rayonunda olan redaktoru seçki ilə bağlı DSK-larda monitorinq aparıb.
Cəlilabadın Alar kəndində yerləşən 68 saylı Dairə seçki komisiyasının binasına girəndə qarşımıza heç kim çıxmadı. İkinci mərtəbədə DSK sədri Rzayev Mehmanla qarşılaşdıq. Dairədə ondan başqa heç kim yox idi. Baxmayaraq ki, bületenləri dairə almışdı və burada gecə gündüz polis postu olmalıdır. Lakin polislərdə gözə dəymirdi. Mehman müəllimin dediyinə görə bütün məntəqələrdə qızğın iş gedir.
Məntəqə sədrləri öz yerlərindədir və bu prosesə tam nəzarət edirlər.
Lakin elə qarşımıza çıxan 12 saylı seçki məntəqəsinin qapısını nə qədər döysəkdə açan olmadı. Qonşuluqda işləyən adamlardan məntəqə işçilərini soruşduq. Onların dediyinə görə bu gün heç kim məktəbə gəlməyib. Qeyd etmək istəyirik ki, məntəqə Ş Soltanov adına Qarazəncir kənd məktəbində yerləşir.
Məntəqə sədrinə zəng edib haldan xəbərdar edəndən sonra 1 saat ərzində 2 nəfər bizə yaxınlaşdı. Onlardan biri özünü məntəqə katibi kimi təqdim etdi.
Sədrin harada olduğunu soruşanda onun icra hakimiyyətinə çağırıldığını dedi.
67 saylı Cəlilabad şəhər seçki məntəqəsində isə həqiqi seçkiyə hazırlıqla bağlı güçlü iş prosesinin getdiyini müşahidə etdik. Aşağıda bizi qarşılayan polis işçisi DSK- nın sədrinin yanına gətirdi. Dairədə qızğın iş gedirdi. Dairə sədri Sultanov Mirsahib vrdiyimiz bütün suallara cavab verdi. Bületennlərin alındığını və polis nəzarətinə verildiyini. Məntəqələrdə də qızğın iş prosesinin getdiyini dedi.
Gəzdiyimiz məntəqələrdə həqiqətəndə qızğın iş prosesi gedirdi.
Məzahir Pənahovun nəzərinə: Cəlilabad 68 və 69 saylı Dairə Seçki komissiyarında işlər bərbad vəziyyətdədir MONİTORİNQ
69 saylı Cəlilabad, Masallı, Biləsuvar Seçki Dairəsi Göytərə şəhərində yerləşir.
Biz DSK- ya gedməmişdən məntəqələrə baş çəkdik. 2 və 3 saylı məntəqələr bağlı idi. Soruşduğumuz adamlar bu gün bu məntəqələrin açılmadığını dedilər.
Dairədə isə dairənin sədri Abbasov Məhəmməd müəllim bunu heç cür izah edə bilmədi.
Ən əsası isə budur ki, hər iki dairədə sədrlər bu məntəqələrin sədrlərinin məntəqə yerləşdiyi yerin onlıarın iş yerləri olduğunu və onların həmdə orada işlədiklərini təsdiq etdilər. Lakin seçki zamanı harada işləməyindən asılı olmayaraq məntəqə üzvləri və sədrlərin işdən azad olunduqlarının deyəsən bu dairə sədrlərinin xəbə\ri yoxdur.
Beləliklə monitorinqimizin nbəticəsində demək olar ki, Cəlilabad rayonunda
67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən başqa qalan iki dairədə heç bir işin getdiyini müşahidə etmədik. Baxmayaraq ki, seçkiyə sayılı günlər qalıb.
69 saylı Cəlilabad Masallı Biləsuvar Seçki dairəsində bağlı məntəqələr. 2 və 3 saylı.
\

69 saylı Cəlilabad kənd seçki dairəsində 12 saylı seçki məntəqəsi. Məntəqə bağlıdır.




[












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.