Mossad-dan SEPAH generallarına ultimatum: “12 saat ərzində istefa verin, yoxsa öləcəksiz"VİDEO

24-06-2025, 10:24           
Mossad-dan SEPAH generallarına ultimatum:
İsrail Kəşfiyyat Xidməti Mossad İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sağ qalan komandirləri ilə əlaqə saxlayaraq hədəfə alıb.

The Washington Post-un apardığı araşdırmaya əsasən, Mossad əksər hallarda fars dilində olmaqla rəsmilərə telefon zəngi edib və onlara verib onlara 12 saat müddətində rejimdən ayrılıb istefa verməsələr, öldürüləcəkləri barədə ultimatum verilib.

Audio yazıda səslənən mesajda belə deyilir:

“12 saatınız var. Şəxsən sizi siyahımıza daxil etmişik. Ailə ilə birlikdə qaçmayacaqsınızsa, adınız kölgədə qalar və biz tezliklə sizi hədəfə alacağıq.”

Bu kampaniya “Rise Lion” (“Qorxu Oyanışı”) adlı hərbi psixoloji əməliyyatın bir hissəsidir. Məqsəd SEPAH komandirlərinin əksəriyyətini qorxu altına almaq və onların Tehran rəhbərliyinin əmrinə itaətini pozmaqdır.

Mossad yalnız təhdidlər səsləndirib, amma bu hədələrin gerçək olub-olmaması hələ açıqlanmır. Hələlik SEPAH komandirləri arasında heç kimin hakimiyyətə qarşı getdiyi təsdiqlənməyib, lakin bu kampaniya Tehran daxilində böyük təşviş yaratma potensialına sahibdir.
musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru