Riyazıyyat olimpiadasında verilmiş suala baxın - Malış-Toşa məntiq(sizliy)i...

20-04-2019, 17:55           
Riyazıyyat olimpiadasında verilmiş suala baxın - Malış-Toşa məntiq(sizliy)i...
“Deyəsən, fənn olimpiadasını təşkil edənlər məsələdəki şərti o qədər gün ərzində yerinə yetirirlər ki, onlara adi gəlir”
img
“Son 1 il ərzində keçirilən fənlər üzrə olimpiadalarda iştirakçılara təqdim olunan test tapşırıqları standartlara cavab vermir”

“Bu fakt bir daha onu göstərir ki, fənlər üzrə olimpiada üçün test tapşırıqlarını hazırlayanlar, çalışmaları seçənlər bu işə ciddi yanaşmır”

Məktəblilər arasında müxtəlif fənlər üzrə olimpiadaların keçirilməsi müsbət haldır, bu ənənə bütün dünya təhsilində geniş yayılıb. Azərbaycanda da müxtəlif təhsil qurumları tərəfindən ardıcıl olaraq olimpiadalar təşkil edilir. Şagirdlərin ayrı-ayrı fənlər üzə biliyinin, mənimsədiklərinin sınağa çəkilməsi onları həm psixolji, həm də mənəvi cəhətdən inkişaf etdirir. Lakin bu olimpiadalarda şagirdlərə təqdim edilən sualların bir hissəsi normalara uyğun olsa da, xeyli qisminin səviyyəsində, qoyuluşunda, sualların ifadə qaydasında ciddi nöqsanlar müşahidə edilir. Əlbəttə, təqdim edilən bütün suallarda həm məntiq, həm də ana dilinin qaydaları izlənilməlidir. Ancaq təəssüf ki, bəzən biz bunu görə bilmirik. Sosial şəbəkələrdə diqqət çəkən bir fakt yayılıb. Nədir bu fakt?

Hansısa bir qurumun keçirdiyi riyaziyyat olimpiadasında şagirdlərə qəribə, həm də qeyri-etikliyi ilə diqqət çəkən bir sual təqdim edilib. Riyazıyyat olimpiadasında iştirak edən şagirdlərə təqdim edilən sual belədir:“Malış adlı pişik özünü başından quyruğunun sonunadək yarım saata yalayır, Toşa isə özünü 20 dəqiqə yalayır. Toşa Malışı 5 dəqiqəyə yalaya bilərsə, Malış Toşanı neçə dəqiqəyə yalayar?” Belə bir sual riyaziyyat olimpiadasına necə düşə bilər? Ümümiyyətlə, sualın bu şəkildə qoyulması hansı anlama gəlir?

Tanınmış təhsil eksperti Kamran Əsədov hesab edir ki, olimpiadalarda bu kimi sualların qoyulması müsbət hal deyil. O, baki-xeber.com-a açıqlamasında qeyd etdi ki, sullar əsasən başqa dillərdən tərcümə edilir, bu da analoji vəziyyətin meydana çıxmasına səbəb olur. “Son 1 il ərzində keçirilən fənlər üzrə olimpiadalarda iştirakçılara təqdim olunan test tapşırıqları standartlara cavab vermir. Birincisi, təqdim olunan test tapşırıqları ağırlıq dərəcəsindən asılı olaraq düzgün bölünmür. Bundan başqa, test tapşırıqları şagirdlərin yaş xüsusiyyəti və psixologiyasına uyğun olmur. Bundan da əlavə, test tapşırıqları aktual olmayan mövzular ətrafında olur, problemli məsələlərdən hazırlanır. Konkret bu fakt bir daha onu göstərir ki, fənlər üzrə olimpiada üçün test tapşırıqlarını hazırlayanlar, çalışmaları seçənlər bu işə ciddi yanaşmır, səhlənkarlıq edirlər. Tərtib olunmuş test tapşırığı, görünür ki, xarici dillərdən tərcümə olunub. Amma ondan sonra buna baxılmayıb. Təqdim olunan test tapşırıqları əxlaq normalarına uyğun olmalıdır, ancaq bu test tapşırığında bunu görmürük.

Deyəsən, fənn olimpiadasını təşkil edənlər məsələdəki şərti o qədər gün ərzində yerinə yetirirlər ki, onlara adi gəlir. Təqdim olunan test tapşırığı testologiya prinsiplərinə də ziddir”-deyə K.Əsədov qeyd etdi.
Bakı Xeber













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.