"Palan Məşədi" ləqəbli xalq düşməni.

26-04-2019, 00:49           
"Palan Məşədi" ləqəbli xalq düşməni.
Bakıda, Naxçıvanda, Sumqayıtda Məşədi Əzizbəyov küçəsini görəndə yazıçı Qılman İlkinin "Bakı və bakılılar” əsərində bir hissə yada düşür: "Bazar küçəsində də, ermənilər hücuma keçmişdilər. Onlar küçə boyu vuruşa-vuruşa İçərişəhərə tərəf irəliləyirdilər. Bu dəstələrin içərisində qızıl qvardiya dəstələri də, müsəlmanları Qoşa qala qapısına tərəf sıxışdırmışdılar. Burada qızğın atışma gedirdi. "Dikaya diviziya”nın qərargahı bu zaman "İsmailiyyə” binasında yerləşirdi. Bəlkə də, məhz buna görə bu tərəfdən atışmalara Mikoyan və Məşədi Əzizbəyov rəhbərlik edirdilər"

1918-ci ilin 31 mart soyqırımı günü erməni tərəfdə döyüşənlərdən biri də, bu gün "vətənpərvər" kimi bizim tarixə soxuşdurulan Məşədi Əzizbəyov idi. 26 Bakı Komissarından biri. Bakını azad etməyə gələn Qafqaz İslam Ordusuna qarşı döyüşlərdə iştirak edənlərdən biri...
Qeyd edim ki, Stepan Şamuyana sonuna qədər sədaqətli olan Əzizbəyov 31 avqust 1917-də Bakı Şəhər Dumasında azərbaycanlı Aşurov Ağa Hacı Aslan oğlu ilə Stepan Şaumyan arasında olan davada ikincinin tərəfin saxlayıb. Əlbyaxa dava səviyyəsinə çatan bu davada erməni Şaumyandan ötrü öz soydaşına əl qaldırmaqdan belə çəkinmir. Əzizbəyova davadan sonra üzünü tutan Aşurov deyir: “Bütün milli məsələlər, bütün toqquşmalar qlasnı Əzizbəyovdan qaynaqlanıb”.
Hətta Bakıda mart qırğınlarına səbəb olan üç azərbaycanlı gəncin ölümü ilə bağlı Bakı Şəhər Dumasında izdiham qarşısında Əzizbəyov Şaumyanı müdafiə edərək demişdir " Mən eyni zamanda burda olan bütün müsəlmanlara səslənirəm ki, yoldaş Şaumyan müsəlmanları Rəsulzadədən qat-qat çox istəyir."

Bu sözlər bir daha sübut edir ki, Əzizbəyov erməni tərəfdə olub azərbaycanlıların əzilməsinin tərəfdarlarından biri olub.
Hətta bəzi mənbələrdə yazılır ki, Məşədi Əzizbəyov Biləsuvar, Salyan bölgəsində cəza dəstələrinə başçılıq edib və soyqırım zamanı daşnak-bolşeviklər tərəfindən azərbaycanlıların qətlində birbaşa iştirak edib.
Çox fakt yazmaq olar, lakin belə qatillərin və xainlərin adını qoruyub saxlamaq heç bir məntiqə sığmır.
Mənbə: Dr. Zaur Qarabaği.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.