İsmayıllı: miflər və reallıqlar və ya İsmayıllının icra başçısına qarşı kimlər və niyə kompaniya aparır FOTO

5-11-2015, 22:42           
İsmayıllı: miflər və reallıqlar və ya İsmayıllının icra başçısına qarşı kimlər və niyə kompaniya aparır FOTO
Bu günlərdə bir səngər dostumla görüşmək üçün İsmayıllı rayonuna yolum düşdü.
Elə fürsətdən istifadə edərək, İsmayıllı rayonunda nələrin baş verdiyini gözlərimlə görmək istədim. Həmdə İsmayıllı icra hakimiyyətinin başçısını əvvəldən tanıyan bir adam kimi, onun necə bir işıqlı ziyalı olduğunu bilən adam kimi başa düşmək istəyirdim ki, insan həqiqətəndə belə dəyişə bilərmi? Mətbuatda gedən yazılarla tanış olan insanın gözünün qarşısına mafioz bir korrupsionar, hakim kreslosunu əlinə keçirəndən sonra işi peşəsi ancaq xalqın dərisini soymaqla məşğul olan yekəqarın bir məmur obrazı göz qabağına gəlir. Mən isə onu Bakıda texnikom direktoru olarkən bir görüşümdə gördüyüm kimi, yumşaq, ziyalı, diqqətli və insanın dərdinə yanan bir böyük ziyalı kimi xatırlayırdım. İsmayıllıda mənə dedilər ki, bu gün icra hakimiyyətində rəhmətlik akademik Maqsud Cavadovun anım günü keçirdilir. Azərbaycanın böyük oğlu akademik Maqsud Cavadovun anım günü. (Rəhmətlik akademik Maqsud Cavadov mənim qardaşımın müəllimi və elmi rəhbəri olub. Qardaşım ona o qədər hörmət edirdi ki, oğlunun adını onun şərəfinə Maqsud qoymuşdu.)
Yolumu icra hakimiyyətinin binasına tərəf salıram, kim olduğumu və məqsədimi aşağıda deyirəm. İsmayıllı icra hakimiyyətinin başçısı Mirdamət müəllimlə görüşümüz baş tutdu. Baxmayaraq ki, rəhmətlik akademik Maqsud Cavadovun anım günü ilə bağlı tədbir başlamalı idi, Mirdamət müəllim mənim xahişimi rədd etmədi və vaxtının 10 dəqiqəsini mənə ayırdı. Mirdamət müəllmlə söhbətimizi sizə təqdim edirəm:
-Mirdamət müəllim salam. Mirdamət müəllim siz elm adamısınız, bu admnistrativ iş çətin deyil ki?
-Xoş gördük. Yox niyə çətin olmalıdır. Öz xalqıma, elimə qulluq etmək, bunu ürəkdən, təmiz əllərlə başa vurmaq niyə çətin olmalıdır?
- Axı mətbuatda nələır yazmırlar?
- (Gülür) Bilirsiz bir az tarixə getmək istəyirəm. Mən çox kasıb bir ailədə böyümüşəm. Atam məni usta yanına qoymuşdu ki, gündə 1 abbası( iyirmi qəpik)
pul qazanım. Miskər yanında körük basırdım. Məndə bu ellərdənəm. Lahıclıyam.
Böyüdüm, institutu qızıl medalla qurtardım, rəhmətlik ulu öndər Heydər Əliyev bir neçə azərbaycanlı balasını o cümlədən mənidə Moskvaya aspiranturaya göndərdi, sonra İtaliya və mən Azərbaycana elmlər doktoru olaraq qayıtdım. Mən rəhmətlik ulu öndərin çörəyini yeyirəm və bunu heç zaman unutmuram. Ona görədə prezidentimiz mənə rayonu tapşıranda hər şeyi atıb canla başla prezidentimizin etimadını doğörultmağa çalışmağa başladım. Heç kim özü öz işinə pis deməz. Ona görə buradan çıxanda camaatla görüşün danışın və özünüz nəticə çıxardın. Mən mətbuatın həmişə dördüncü hakimiyyət olduğunu demişəm. Heç kim mükəmməl deyil. Ola bilər nəyi isə görməmişəm, fikir verməmişəm, hardasa səhf olub. Ola bilər yazın tənqid edin. Biz düzəldək. Əgər tənqid sağlamdırsa qəbul etmişəm. Çünki tənqid inkşafın açarıdır. Ancaq sağlam qərəzsiz tənqid. Yoxsa qarayaxdı, məqsədyönlü yox. Mən rayona gələndə rayon bərbad vəziyyətdə idi. Nəsə tikmək istəsə idin 5 metr torpaq tapa bilməzdin. Hamısı zəbt edilmişdi. Otlaq yerləri, örüşlər. Camattın iş yeri yox idi. Bəs bu camaat nə ilə dolanmalı idilər?
Bir çox problemləri həll etdik. Bir çoxunu isə həll edirik. Qanunsuz zəbt edilmiş torpaqları qaytarmışıq. Çoxlu içtimai və sosial binalar tikmişik. Tikiş fabriki açmıçıq ki, qadınlarımız iki növbədə işləsinlər. Baxın gələndə mənə deyirdilr ki, bir sok zavodu tikin. Amma niyə? Qonşuluğumuzda olan və böyük qüvvəyə malik Qəbələ sok və konserv zavodu ilə niyə rəqabətə girməliyik biz? Eyni regiondayıq və biz tək rayonumuzun yox regionunda iqtisadi inkşafını fikirləşməliyik. Ona görə qərara gəldim İsmayıllıda velisoped zavodu tikək. Həm dövlətimizə, həmdə rayonumuza gəlir gətisin. İki elektrik stansiyası tikməliyik. Həm tam olaraq özümüzü istehsal etdiyimiz enerji ilə təchiz edək, artığını sataq. Rayon turist yönümlüdür. Təbiətimiz gözəldir. Gərək elə edək ki, turistlər üçün bura cəlb edici olsun. Buda büdcəmizə və camatımızın rifahına bir köməkdir. Axı bu rayon niyə dotasiya ilə yaşamalıdır. Biz qazanmalı, həm rayonumuza, həmdə dövlətimizə xeyir verməliyik.
Mən gələndə rayonda orta gəlir 456 manat idi. İndi 1900 manatdır. Qeyd etdiyim işlər həmdə təzə açılan iş yerləridir. Velisoped zavodu üçün ali təhsilli cavanlarımızı Bolqarıstana göndərəcəyik ki, təcrübə yığsınlar, öyrənsinlər. Onda cavanlarımızda rayonda qalacaqlar və şəhərə qaçmayacaqlar.
-Mirdamət müəllim bəs bu mətbuatda gedən yazılar?
-Bilrisiz mən gələndən sonra nə qədər məmur vəzifəsini itirdi? O köhnəliyin qalıqları, köhnə ənənənin tərəfdarları. Onlardırlar, təslim olmurlar. Qara yaxırlar. Rəhmətlik akademik Əhməd Mahmudov Azərbaycanın böyük alimi idi və əgər elə olmasa idi rəhmətlik ulu öndər Heydər Əliyev onun Fəxri Xiyabanda dəfn olunmasına icazə verməzdi. Amma nə mənim müəllimim, nə də opponentim olmayıb. O bütün Azərbaycanın alimi idi. Oğlu əgər hansısa cinayəti edibsə bunun rəhmətlik akademikimizə nə dəxli. Edib, prezidentimiz onun qanunla cəzasını verəcək. O köhnə qafalı məmurların arxadan mənə vurmaq istədikləri zərbələrdir, qara yaxmalardır, yoxsa heç olmasa bir məntiqə uyğun şey yazardılar.( gülür) Onların məntiqi ilə indi biz rəhmətlik Maqsud Cavadovun anım gününü keçirdirik, mən nəsə güdürəm bundan? Görəsən nə? Hansısa qadın mənim üçün brilyant al veri edir, Ayıbdır axı. Bu dərəcədə vicdansızlıq olmaz. Mən əslən Lahıcdanam, bizimkilər mis tanıyırlar, harda qalayçı miskər görsən bil ki, bizimkilərdir. Lakin brilyant alveri.....
Nə isə bu dördüncü hakimiyyət heç olmasa belə materiallar alanda bir yoxlasınlar.
-Mirdamət müəllim niyə velisoped zavodu?
- Mən iqtisadçıyam, İş görməmişdən qabaq hər şeyi hesablayıram. Regionda belə zavod yoxdur. Biz velosipedləri idxal edirik. Niyə? Hazır qoy özümzün olsun. Həmdə daxildə heç kimlə rəqabət aparmayaraq qazanaq. Və rayon gəncləri üçün iş yerləridir. Yüzlərlə gəncimiz işlə təmin olunacaq. Necə ki, yüzlərlə qadınlarımız tikiş fabrikində işləyərək evlərinə maaş aparırlar.
-Mirdamət müəllim təşəkkür edirəm. Mən sizi əvvəldən tanıyırdım, şükür ki,dəyişməmisiniz. Sizə uğurlar arzu edirəm
Niyə dəyişməliyəm? Mən ağır bir seyid ocağındanam. Lahıcda ağır ocağımız var. Babalarımdan birinin qəbri imamzadədə imamın ayaqları altındadır. Özümdə uşaqlıqdan zəhmətin, kasıbçılığın necə ağır olduğunu bilirəm. Elə etməliyəm ki, camaat firavan yaşasın. Yoxsa bir sürü rüşvətxorlar yox. Mən o rüşvətxorlardan bu camaatın canını qurtarmışam. Onlar da indi güya intiqam alırlar. Elə bilirlər vəzifələrinə qayıdacaqlar. Olamayacaq. Prezidentimiz yeni, işıqli bir cəmiyyət qurur və məndə var gücümlə ona bu işdə öz yerimdə kömək edəcəm.
Bağışlayın məni, artıq anım gününə qonaqlar gəlib. Sağ olun!
Beləliklə mən icra başçısı ilə sağollaşdım. Mirdamət müəllim Bakıdan gələn alim qonaqlarının yanına, mən isə şəhərlə tanış olmaq üçün İsmayıllını gəzməyə başladım.
Elə ilk addımda bağda 3- 4 yaşlı kişiləri gördüm. Şəhərdə vəziyyəti öyrənmək üçün onlarla söhbət etdim
Onların dedikləri ilə başçının dedikləri tam üst üstə düşdü. Hətta deyərdim başçı bir qədər təbazökarlıq belə etmişdi.
Ağsaqqalın dediklərindən:
Köhnə başçılar ancaq çapıb talamağa gəlirdilər. Pulsuz adama salam belə vermirdilər. Hər şey dağılmışdı. İsmayıllı ancaq onlar üçün kef, eyş işrət yeri idi. Day abır ismət qalmamışdı. Günü günorta vaxtı qızları doldururdular maşına şütüyürdülər buralarda. Heç camaatı fikirləşən yox idi. Amma Seyid gələndən vəziyyət dəyişdi. (Onlar Mirdamət müəllimə Seyyid deyirdilər) Bax arvadlar üçün iş fabrik tikdirdi. Yolları irzləri düzəltdirdi. Gör nə qədər binalar tikdirib. Uşaqlar tikintidə işləyirlər. İndi də təzə nəsə zavod tikdirir. Rüşvət almağa qorxurlar. Əvvəl icra hakimiyyətinəı girə bilmirdin. İndi nə zaman istəyirsən get Seyyidə dərdini danış. Kömək edəcək. Yerlidir çox şeyi bilir. Kəndlərdə otlaq yerlərimizi əlimizdən almışdılar. Heç nə edə bilmirdik. Seyid aldı qaytardı. Seyyid yaxşıdır. Camaatın adamıdır.
Çörək yediyim kafenin sahibi.
Əvvəllər gəlirdilər ki, işlədirsən pul ver. Axı niyə verməliyəm. Verirdim. Verməsaə idim başıma oyun aççardılar. İndi isə yaxşıdır. Seyyiddən qorxurlar. Vermirəm. Namusumla, alın tərimlə pul qazanıram onlara niyə verməliyəm?
Beləliklə İsmayıllıda köhnə,arxaik məmur özbşınalığı ilə təzəliyin yeni iqtisadi fikirin, korrupsiyasız, rüşvətsiz iş həyatı yaratmaq istəyənlərin mübarizəsinin şahidi oldum. Hər halda danışdırdığım İsmayıllı camatının hamısı yeni icra başçısından tam razılıq edirdilər. Əslində bu gün abadlaşmış və asta astada olsa keçmişin bataqlığından qurtulub əsl gözəlləşmiş simasını alan İsmayıllını görən hər kəs bu adamlarla razılaşar. Bunlarda İsmayıllının icra başçısı Mirdamət müəllimin zəhmətinin bəhrəsidir!
Bizdə ona uğurlar arzu edək!

























Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.