Soyuqlama zamanı qaynar çay zərərlidir! - Deyetoloq
17-01-2020, 08:03
Diyetoloq Yelana Solomatina hesab edir ki, çay – qaynar çay sağalmaq üçün heç də o qədər əlverişli içki deyil. Bu barədə «Veçernyaya Moskva» nəşri yazıb.
Həkim xəbərdarlıq edir ki, soyuqlama zamanı tez-tez isti çay içmək lazım deyil, belə ki, bu, vəziyyəti daha da ağırlaşdırır. Yaxşı olar ki, içki ilıq olsun.
Məsələ burasındadır ki, yüksək temperaturda çay isitmə effekti verir. Belə vəziyyətdə bu, faydalı deyil.
«Bundan başqa, istənilən çay – qaynar və ya soyuq – sidikqovucu effekt verir. O, mayeni orqanizmdən qovur, temperatur altında isə maye onsuz da orqanizmdən çıxır. Ona görə də insan tərləyir» - deyə, Solomatina izah edir.
Həkim soyuqlama zamanı qələvi içkilər – məsələn, tərəvəzlərin yaşıl yarpaqlarından dəmlənmiş içki içməyi tövsiyə edir.