Azərbaycanda dollara tələbat bir qədər də artdı - MƏBLƏĞ
13-03-2020, 17:10
Bu gün – 13 mart 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə baş tutan valyuta hərracında 265,2 milyon dollar satılıb. Yeniavaz.com xəbər verir ki, bu göstərici, 12 mart 2020-ci il tarixində keçirilən valyuta hərracında formalaşan tələbdən 44,4 milyon dollar və ya 20% çox olub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb. Onu da bildirək ki, son 4 gün ərzində hərracda 964,2 milyon dollar valyuta satılıb. 10 mart – 323,2 milyon dollar 11 mart – 155 milyon dollar 12 mart – 220,8 milyon dollar 13 mart – 265,2 milyon dollar