Devalvasiya şadlıq saraylarına necə təsir edib? - TOY QİYMƏTLƏRİ
16-01-2016, 13:01
Manatın ikinci dəfə ucuzlaşmasından sonra şadlıq sarayları gözlənildiyi kimi qiymətləri kəskin qaldırmayıb. Toy etmək üçün hazırlaşan, şadlıq saraylarında toy menyularının qiymətinin qalxmasından narahat olan insanların hələki bu barədə narahat olmağı əsasları yoxdur. Belə ki, qızıl zinət əşyaları, geyimlərin qiyməti qalxsa da şadlıq sarayları alıcılıq tələbatının aşağı düşməsini nəzərə alıb, qiymətləri qaldırmayıb.
Şadlıq evləri də əhalidən «çəkinirmiş»
teref.az finz.az-a istinadən yazır ki,sən demə, şadlıq sarayları da əhalidən «çəkinirmiş». Yəni əhalinin gəlirlərinin azalmasından və toyların təxirə salınmasınan narahat olublar. Ona görə də, şadlıq evlərinin əksəriyyəti müştəriləri itirməmək üçün qiymətləri artırmayıblar. Hərçənd bəzi şadlıq evlərində qiymətlərin artımı da baş verib. Fins.az paytaxtın bir sıra şadlıq saraylarında toy menyularının qiymətlərini araşdırıb.
“Ay İşığı” – 50-100 manat
Bu şadlıq sarayı qiymətləri hələ artırmayıb. Hazırki qiymətlər qonaq sayından və seçdiyiniz zaldan asılı olaraq 50-100 manat arasında dəyişir, təbii ki razılaşdırılmadan çox şey asılıdır. Bu qiymətlər martın ortasına qədər aktualdır, ondan sonra artması gözləniləndir.
“Movida Plaza”– 35-50 manat
Bakının dəbdəbəli və özünəməxsus servisi ilə məşhur olan “Movida Plaza” hələlik qiyməoləri artırmayıb. Burada qiymətlər qonaq sayından asılı olaraq qiymətlər 35-50 manat arasında dəyişir.
“Monte Kristo” – 90 manatlıq qiyməti 120 manata qalxıb
Burda qiymətlər müəyyən qədər qalxıb. Əvvəl 90 manatdan başlayan qiymətlər, hazırda 120-140-160 manat arasında dəyişir. Qonaqlarınızın sayı 300 nəfərdən çox olsa müəyyən endirimlər əldə edə bilərsiniz. Üstəlik qiymətə hədiyyə paketi də daxildir. Paketdə dekorasiya, şour proqram və şou balet var. Onları seçməyinizdən asılı olaraq da qiymətlər dəyişəcək.
“Planet” – 45-60 manat
Bir vaxtlar Bakının ən məşhur şadlıq evi sayılan «Planet» şadlıq evində qiymətlər qalxmayıb. Buradan bildiriblər ki, hələlik bahalaşma planda yoxdur. Toy menyusu isə 45 manatdan başlayaq, 60 manata qədər dəyişir.
“Xəmsə” - 34-50 manat
“Xəmsə” vəziyyət maraqlıdır. Şadlıq evi bildirir ki, gələcəkdə qiymətlərin dəyişməsi isisna deyil. Amma toy məclisini indidən sifariş etsələr, hətta birneçə ay sonrakı toyu da indiki qiymətlərlə edə bilərsiniz. Hər hansı qiymət dəyişikliyi olsa belə, bu sizin menyuya təsir etməyəcək. Bir sözlə, mümkün qədər tez sifriş etmək lazımdır. «Xəmsə»də menyu 34 manatdan, 50 manata qədər dəyişir.
“Yeganə” – 50 + manat
Burada qiymət menyuya görə müəyyənləşdirilir, 50 manatdan başlayaraq, daxil etdiyiniz xidmətlərə görə dəyişir. Bahalanma olmayıb, qiymətlər də razılaşdırılır.
“Xan Bağı”– 32-80 manat
“Xan Bağı” da qiymətləri qaldırmaqdan ehtiyat edib. Burada da qiymətlər qonaq və seçdiyiniz zala görə 32- 80 manat arasında dəyişir. Bahalaşma burdan da yan keçib, deyilənə görə, hələ gözlənilmir.
“Gilavar”– 45 manat
“Gilavar”da hələki dəyişiklik yoxdur, amma gizlətmirlər ki, qiymətlər artacaq, amma bunun nə qədər olacağı hələlik açıqlanmır. Hələlik isə burada standart menyu mövcuddur, qonaq sayı çoxaldıqca qiymət azalır, say azaldıqca qiymət artır. Menyunun qiyməti 45 manatdır. Qiymət artımının nə qədər olacağı ümumi dəyişikliklərdən sonra müəyyənləşdiriləcək.
“Kleopatra” – 33-38 manat
Şadlıq sarayı işçisinin sözlərinə görə, menyu 33-38 manatdır. Qiymət artımı ilə bağlı ümumi vəziyyətin gərgin olduğunu deyən nümayəndə, alıcılıq qabiliyyətinin aşağı olduğu vaxtda qiymət artırmağın real olmadığını bildirib: «Qiyməti artan, indiyə qədər artıranlardır, bundan sonra artırmağın xeyri olmaz».
“Neptun”– 40-45 manat
“Neptun” şadlıq sarayında vtandart menyu 40-45 manatdır, burada deyirlər ki, qiymətlər arta bilər, amma hələki yoxdur: «Qiymətin artıb-artmayacağı bir çox məsələlərdən, dolların məzənnəsindən, ərzağın qiymətindən və əhalinin alıcılıq qabiliyyətindən asılı olacaq».
“Sərin” – 80 manat
Menyunun qiyməti 80 manatdır, indidən menyu seçib qeyd etdirsəniz, gələcəkdə ola biləcək hər hansi qiymət artımına görə, sığortalanmış olursunuz. Qiymətlər hələki qalxmayıb, artım olması da gözlənilmir.
“Clear”– 26-30 manat
“Clear” qiymətləri artırmayıb. Burada menyunun qiyməti 26 manatdan baslayır, 26 manatlıq menyuda sizə restoranda çıxış edən iki müğənni qiymətə daxil edilir. Maksimum hədd isə 50 manatdır.
Manatla nəmərlər “aktuallığını saxlayır”
Beləliklə, toya dəvət gözləyən və ora nəməri dollar, yoxsa manatla yazdırmaq problemi qarşısında qalan vətəndaşlar narahat olmaya bilərlər. Əhalinin alıcılıq qabiliyyətindən arxayın olmayan şadlıq evləri hələlik qiymətləri qaldırmağa risk etməyiblər. Deməli, manatla nəmərlər hələ də aktualdır.