NASA “Bennu” asteroidinin səthindən ilk görüntüləri yayımlayıb - VİDEO

23-10-2020, 05:37           
NASA “Bennu” asteroidinin səthindən ilk görüntüləri yayımlayıb - VİDEO
NASA “Bennu” asteroidinin səthindəki qayalar və toz nümunələrinin ilk görüntülərini yayımlayıb.

Bu barədə Kosmik Agentliyin saytında məlumat verilib.

Missiyanın gedişində NASA zondu “Bennu” asteroidinin səthinə yaxınlaşıb və manipulyatordan istifadə edərək asteroidin səthindən nümunələr götürüb.

Qayalardan nümunə götürmək təxminən altı saniyə çəkib.


Xatırladaq ki, Yerdən 320 milyon kilometr məsafədə yerləşən Amerika zondu OSIRIS-REx “Bennu” asteroidinə yaxınlaşıb.

Asteroidin təxminən 166 ildən sonra planetimizlə toqquşacağı ehtimal olunur. Astronomlar “Bennu”nun sərt qaya şəklində olan süxurlarının tərkibində müxtəlif mineralların olduğu qənaətindədir. Əvvəllər aparılmış tədqiqatlar göstərib ki, Yerlə toqquşan asteroid və meteoritlərin tərkibində həyat əlaməti olan su da olub. “Bennu”nun səthinin öyrənilməsi məhz bu baxımdan əhəmiyyətlidir.oixu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru