"İndi növbədə ermənilərdir" - SENSASİON SƏNƏD - FOTO

25-10-2020, 22:22           
"İndi növbədə ermənilərdir" - SENSASİON SƏNƏD - FOTO
Həm xarakterlərinə, həm də əməli fəaliyyət istiqamətlərinə görə ermənilər bizə düşmənləri xatırladır. IX əsrin sonuna qədər bütün təbiət hədiyyələri ilə zəngin, güclü bir dövlət qurdular, lakin daha güclü qonşularına tab gətirə bilmədilər və yad xalqların hakimiyyəti altına düşdülər: bəziləri vətəndə qaldı, bəziləri isə müxtəlif tərəflərə səpələndilər. Və bu günə qədər ermənilər Qara dəniz sahillərindən Çinə qədər müxtəlif ölkələrdə səpələnmiş şəkildə yaşayırlar. Afrikada bunların sayı 7000-ə qədərdir: o qədər də Şərqi Hindistandadır; Persiya [İran – E.M.] və qonşu torpaqlarda təxminən 100,000-ə qədərdir, 600.000-ə qədər Rusiyada, 10.000-ə qədər isə Transilvaniyadadırlar; o qədər də Macarıstanda və Qalisiyada, Avropanın qalan hissəsində isə 2000-dən çox deyillər.

Bəs ermənilər necə yaşayırlar və bu millətə Rusiya hökuməti və yerli hakimiyyət orqanları tərəfindən edilən zülm nədən ibarətdir?

Y.L.Markov öz oçerklərində yazır ki, Novorossiyskdə evlər də, idarələr də, adamlar da – heç nə rus xislətli deyil, elə bil ki, hamısı kocmopolitdir, beynəlxalqdır, cənub dənizlərinin bütün şəhərləri üçün eyni dərəcədə ümumiləşib: Türkiyənin Sinopu, bizim Odessa, Fransanın Marseli kimi. Hər tərəfdə şərq simasına rast gəlinir. Ötən çağların, özü də o qədər də keçmişin yox, lap bu yaxınların, Mərkəzi Qafqaz rəhbərliyi mümkün olan hər şeyi etdi ki, Qara dəniz ətrafı bölgənin ruslar və ya ən azından kazaklar tərəfindən məskunlaşmasına qarşı hər vasitə ilə mübarizə aparsın. Bölgəni özgələrə verdilər. Aqronom alim Xatisov özünün erməni olan dostu ilə birlikdə Qafqazın Baş İdarəsi tərəfindən bölgənin məskunlaşdırılması məsələsini öyrənməyə göndərildi və o belə bir nəticəyə gəldi ki, rus müstəmləkəçiləri burada heç nəyə yaramayacaqlar, çünki bağçılığın, üzümçülüyün və tütünçülüyün ermənilərə ehtiyacı var. Xatisova da tapşırdılar ki, Türkiyədən köçürülmüş erməniləri buraya çağırsın. Buna inanmaq çətindir, amma bu bir həqiqətdir.

Tiflisdə ermənilər faktiki olaraq, bütün yerləri ələ keçirmişdilər, hətta administrasiyada on məmurdan səkkizi mütləq erməni olmalı idi. Ermənilərin ağalığı yəhudilərinkindən heç də yaxşı deyil. Tiflis Şəhər Duması demək olar ki, bütünlüklə ermənilərdən təşkil olunur. Torpaqlarının hər qarışını rus işğalından qoruyan bir vaxtlar döyüşkən, yenilməz Qafqaz tayfalarını məğlub etmək çətin idi, lakin sonsuz sürəkli üzücü müharibələr nəticəsində Rusiya onların müqavimətini qırdı. Sonda nə baş verdi? Yarım əsrdən sonra hökumət “Böyük Ermənistan”ın bərpası xəyalına düşən sözdə erməni “ziyalıları”nın yaramaz quldur dəstələri qarşısında bütün xətt boyu Qafqazdan və Cənubi Qafqazdan rusları qovmağa başladı!

“Moskovskiye Vedomosti”də (1905, №243) oxuyuruq ki, 1900-cü ilə qədər Qafqazda hələ erməni məsələsi yox idi. Amma bu doğru deyil. Erməni məsələsi Qafqazda qədim zamanlardan olub. Daha doğrusu, 1900-cü ilə qədər onların bu işləri daha gizli şəkildə aparılıb. Ermənilər özlərini hələ ki, lazımi qədər gücləndirməyə və ən əsası bütün Qafqazı və Cənubi Qafqazı iqtisadi cəhətdən əsarət altına almağa vaxt tapmadıqlarından, marıqda gizlənib gözləyirdilər. 1900-cü ilə qədər Tiflis, Bakı, Rostov, Batum, Kutais, Erivan, Yelisavetpolun küçə lövhələrində Popovyants, Ivanyants, Sarkisyants, Romanyants və s. soyadları yox idi. Bu soyadlarının hamısı Popovlar, Sarkisovlar, İvanovlar, Romanovlar idi… Bir sözlə, köklü Rusiyanın içərilərindən biri Qafqaza gəlsəydi, bütün evləri bəzəyən təmiz rus soyadlarının bu qədər olduğunu görsəydi çaşıb qalardı.

O dövrdə Türkiyədə bədnam anti-erməni hərəkatı başlamışdı. Biz, bütövlükdə ruslara xas olan çılğınlıqla, əlbəttə ki, məzlum və döyülən xristianların müdafiəsinə qalxdıq.

Erməni liderlərinin Cənubi Qafqazın sülhsevər, zəhmətkeş əkinçi erməni əhalisi tərəfindən məskunlaşdırılması barədə Qafqazın ali baş rəisi knyaz Golitsının qulağına oxuduqları şirin mahnılar onun sonsuz nəzakətini o həddə çatdırdı ki, o, 42.000 erməni “kaftaqanlarının” sərhədlərimizə köçməsinə icazə verdi. Bunlar hətta Türkiyədə belə dözülməz insanlar idilər. Erməniçilik tuzları itirəcəkləri bir şeyi olmayan 42.000 adamın varlığını öz arxalarında hiss etdikdə, dərhal caynaqlarını qıcartdılar. İlk olaraq göstərdiyi etimada görə ali baş rəis knyaz Golitsının özü bunun cəzasını çəkdi. Tiflisin kənarında, həmin bu qaçqınlar onu xəncərlə şaqqaladılar və onun etibarlı konvoyları olmasaydı, yəqin ki, knyazın özü də indi mövcud olmazdı.

Qısa müddətdən sonra bu Romanovlar, Popovlar, Sarkisovlar Romanyantslara, Popovyantslara və Sarkisyantslara çevrildilər. Bunun ardınca siyasi sui-qəsdlərin uzun və kədərli siyahısı başlayır. Vəzifə və vicdanı xaricində Rusiya dövlətində “erməni dövləti”nin mövcudluğunun anormal olmasına etiraz edən hər bir kəs, “bey-but” və ya bir tapança gülləsi ilə amansızcasına məhv edilirdi. Bir sıra bu cür qətllər administrasiyada çaxnaşmaya səbəb olub. Hamı bir nəfər kimi erməni partiyasının başçılarını tanıyırdı, amma heç kimin onlardan birinə toxunmağa iradəsi çatmırdı: çünki bilirdilər ki, bunun əvəzini başları ilə ödəyəcəklər. İdarəetmənin gücü demək olar ki, iflic olanda, ermənilərin muxtariyyət perspektivi daha əvvəlki kimi problemli görünmürdü. Bütün Qafqazı, Cənubi Qafqazı və demək olar ki, bütün Kiçik Asiyanı əhatə edən “Böyük Ermənistan”ın əla litoqrafik xəritələri çap olundu; taktiki kitablar və toplum prosedurunu tənzimləyən nəşrlər yayımlandı. Rus qoşunlarında xidmət edən hay-ermənilərdən ibarət bütün ehtiyat aşağı rütbəlilər improvizasiya edilmiş hay-erməni hərbi sərkərdələrinin sərəncamında çox ciddi şəkildə uçota alınmışdı. Eyni ilə də ehtiyatda olan zabitlər bu sayaq uçotda idilər.

Özlərini “Böyük Ermənistanın” tabeliyində görmək istəməyən tatarlarla ermənilər arasındakı toqquşmalar nəticəsində Qafqazda baş verən fevral qırğınından sonra qubernator qraf Vorontsov-Daşkov ermənilərdən alınan kilsə əmlaklarını “siyasi” ləyaqətlərinə görə ermənilərə qaytardı, hərçənd bəri başdan bəlli idi ki, kilsə gəlirləri inqilabi məqsədlər üçün xərclənir. Hətta Qafqazda qraf Vorontsov-Daşkovun ingilislərlə dost olan mason klikasının təsiri ilə Qafqaza təyin edilməsi barədə xoşagəlməz bir şayiə də yayılmışdı. Təəssüf ki, qraf Vorontsov-Daşkov tamamilə gülünc olan bu şayiənin təsdiqlənməsi üçün əlindən gələni etdi: ermənilərin nümayəndə heyətini qəbul etdi, ermənilərə “sədaqətlilik” duyğuları üçün təşəkkür etdi, hətta rus zabitlərinin rəhbərliyi altında olan erməni silahlı bandit dəstələri təşkilatını təşviq etdi. Rus polkovniki Valter, tatar Ağıyevin Bakıdakı evini dağıtmaq üçün ermənilərə silah da verdi. “Российскоye Агентствo”nun (“Rusiya Agentliyi”) avqustun 22-də qəzetlərə göndərdiyi teleqramlara görə, ermənilər 1905-ci il avqustun 16-da şəhərin erməni hissəsində yaşayan və ticarət edən Şuşa müsəlmanlarına qəfil hücum edib, hamısını qırdılar. Daha sonra ermənilər İrəvanın qapıları ağzında olan bir qəsəbəni yandırdılar. Keçmiş səlahiyyətli xan və tatarların ermənilərlə “barışdırma komitəsinin” sədri başda olmaqla müsəlmanlar, əhalini sakitləşdirmək üçün şəhərin ermənilər yaşayan hissəsinə gəldilər, lakin ermənilər onlara hücum edərək bir çoxunu yaraladılar və qalanlarını isə əsir götürdülər. Bundan sonra Bakı yenidən alovlandı…

Ermənilər Rusiyanın içərilərində gizli silah anbarları düzəltmişdilər, elə gizli şəkildə də bunları Qafqaza göndərirdilər. Ermənilərin Kiyev, Saratov və digər yerlərdə silah anbarları tapılmışdı və ruslar burada qeyri xalqlara həddindən artıq diqqət göstərdilər. Qafqazda inqilabi partiyanın fəaliyyət göstərən üzvlərindən ikisi, Bakı valisi Nakaşidzenin qətlini təşkil etməkdə günahlandırılan ermənilər Hovanesyantsa və Çaruxçantsa məhkəmə tərəfindən bəraət verilmişdi, buna görə də prokuror kassasiya şikayəti verməli olmuşdu. Qubernatorun özünü öldürən beş qatil erməninin məhkəməsi isə yarım ildən sonra başlandı (18 avqust 1905-ci ildə), lakin sonra məhkəmə naməlum səbəblər üzündən birdən-birə dayandırıldı. “Fevral inqilabı”nın digər iştirakçılarından isə, deyəsən heç kim, heç mühakiməyə belə cəlb edilmədi. Günahkarları mühakimə etmək və cəzalandırmaq üçün heç bir səbəb olmadığı bildirildi, belə ki, demə, ermənilərlə tatarlar arasında qırğın və qətliyamdan sonra “barışıq olubmuş”.

Aleksandr Yefimoviç Alektorov,

Akmola və Semipalatinsk bölgələrindəki dövlət məktəblərinin direktoru

Tərcümə edəni: Elmar Məhərrəmov

P.S. Əslində ermənilər xristianlığın qriqorian təriqətini qəbul etmiş qıpçaq türkləridir. Bu gün özlərini dünyaya erməni kimi sırıyanlar isə “hay”lar – “haykan”lardır. Bunlar friqlərin qalıqlarıdırlar və e.ə. Balkanlardan Kiçik Asiyaya keçərək tədricən şərqə doğru irəliləmişlər. XV əsrin ortalarından – Üçkilsəni – Üçmüəzzini (sonralar Vaqarşabat və Eçmiadzinə çevrildi) ələ keçirdikdən sonra isə erməniləşməyə və böyük iddialarla çıxış etməyə, kilsənin rəhbərliyi altında qərbdə saxta xəritələr və kitablar çap etdirməyə başlayıblar. Hayların nə Ərminiyyəyə, nə də indi yaşadıqları torpaqlara heç bir aidiyyətləri yoxdur. Həmin ərazilərdəki kilsə mədəniyyəti də erməni-qıpçaqların – türklərin mədəniyyətidir – E.M.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.