Trampın vəkilinin "COVID-19" testinin cavabı müsbət çıxıb

7-12-2020, 05:51           
Trampın vəkilinin "COVID-19" testinin cavabı müsbət çıxıb
ABŞ-ın prezidenti Donald Trampın vəkili Rudolf Julianinin koronavirus testinin cavabı müsbət olub.

Trend Qazeta.ru-yaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri "Twitter"ində yazıb.

Siyasətçi qeyd edib ki, Nyu-Yorkun bələdiyyə başçısı olmuş Juliani "ABŞ tarixindəki ən korrupsiyalaşmış seçkilərini ifşa etmək" üzərində çalışdıb.

Prezident həmçinin koronavirus infeksiyasını "Çindən gələn virus" adlandırıb.

Tramp Julianiyə tez zamanda sağalmağı arzulayıb və respublikaçıların ABŞ-dakı prezident seçkilərindən sonra məhkəmə çəkişmələrini davam etdirəcəklərini əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru