Ermənistandakı molibden yataqlarının yuyulması ilə Araza zəhərli maddələr axıdılır

7-12-2020, 10:30           
Ermənistandakı molibden yataqlarının yuyulması ilə Araza zəhərli maddələr axıdılır
Ermənistanın Mehri rayonunun şimal-qərb hissəsində olan molibden yataqlarının yuyulması nəticəsində Araz çayına kifayət qədər zəhərli maddələr axıdılır.

Trend-in məlumatına görə, bunu AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, geologiya-mineralogiya üzrə elmlər doktoru, professor Musa Məmmədov bildirib.

Onun sözlərinə görə, Ermənistanın Qafan inzibati rayonu ərazisindən axan Oxçuçay vasitəsilə Araz çayı çirkləndirilir:

“Kür çayı Sabirabadın yaxınlığında Araz çayı ilə birləşir və digər zərərli elementlərlə zənginləşir. Bu çirklənmə də bizim insanlarımızın sağlamlığına və təsərrüfatımıza kifayət qədər zərbə vurur. Ermənilər Ağstafaçay, Həsənsu çaylarının yuxarı hissəsində də həmin fəlakəti törədirlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru