Qazaxın 7 kəndi nə zaman qaytarılır? - AÇIQLAMA

7-12-2020, 16:39           
Qazaxın 7 kəndi nə zaman qaytarılır? - AÇIQLAMA
10 noyabr müqaviləsinə əsasən Qazaxın 7 kəndinin işğaldan azad olunması nəzərdə tutulsa da, hələ də reallaşmaması vətəndaşları narahat edir.

Mözvu ilə bağlı "MediaPost"a açıqlama verən beynəlxalq məslələr üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Qazaxın 7 kəndinin 10 noyabr razılaşmasına daxil edilib sonradan çıxarılmasının bir sıra səbəbləri var:

"Birincisi, bu razılaşma əsasən Dağlıq Qarabağ və onun ətrafına aid edilən ərazilərlə bağlı məsələnin həllini nəzərdə tuturdu. Qazax məsələsi isə bu proseslərdən ayrıca, yəni əlahiddə götürülür. İkincisi, artıq Qazaxa bəzi hissələrində Azərbaycan Ordusunun yerləşməsi ilə bağlı müəyyən məlumatlar var. Üçüncü olaraq, həmin bölgələrdə söhbət Qazaxın 7 kəndindən gedir, qeyd olunub ki, bu kəndlərin də 3-ü anklav olmalıdır. O bölgələrdə ermənilərin köçürülməsi yekunlaşmaq üzərədir. Ən vacib nüans ondan ibarətdir ki, bu məsələnin xüsusilə də erməni tərəfinin yalvarışı ilə əlaqədar olaraq orda çıxarırıblar. Erməni tərəfinin bu kəndlərin qaytarması ilə bağlı etirazı yoxdur. Sadəcə olaraq erməni cəmiyyətində bu məsələnin yaratdığı ab-hava və Paşinyanın hakimiyyətini laxlatması ilə bağlı təsiri Qazaxla bağlı qərarı oradan çıxardılar. Digər nüans ondan ibarətdir ki, bütövlükdə işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı erməni tərəfi öhdəlik götürüb. Sadəcə Qazaxla bağlı olan məsələyə rəsmi şəkildə deyil, bağlı qapılar arxasında qərar verilib. Müəyyən mərhələlərdən sonra həmin kəndlərin qaytarılması mütləq baş tutacaq. Həm də bu prosesə fərqli baxmaq lazımdır. Bilirsiniz ki, anklavlar məsləsinin bir hissəsi Naxçıvan cəbhəsi ilə əhatələnir. Və orada azərbaycanlıların yaşadığı kəndlər var. Ona görə bu məsələyə ayrıca və kompleks şəkildə baxmaq lazımdır. Mən də bu yanaşmanı doğru hesab edirəm. Öncə Dağlıq Qarabağ və ətraf ərazilərin taleyi məlum olmalıydı ki, sonra digər məsələlərə keçilsin. Yəni prinsipial olaraq bu kəndlərin qaytarılması ilə əlaqədar olaraq problem yoxudur".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.