Səmada 800 ildən bəri ilk dəfə fenomenal hadisəni müşahidə etmək mümkün olacaq - FOTO

8-12-2020, 09:27           
Səmada 800 ildən bəri ilk dəfə fenomenal hadisəni müşahidə etmək mümkün olacaq - FOTO
Dekabrın 21-də fenomenal astronomik hadisə baş verəcək: 800 il ərzində ilk dəfə Yupiter və Saturn planetləri minimum məsafədə bir-birlərinə yaxınlaşacaq və parlaq bir “ikiqat planet” meydana gətirəcək.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Günəş sistemindəki ən böyük planetlərin yaxınlaşması nəticəsində meydana çıxacaq “Beytləhm (Vifleyem) ulduzu”nu gün batandan sonra dünyanın hər yerindən görmək mümkün olacaq.

Hələ 17-ci əsrdə alman astronom İohann Kepler İncildə bəhsi keçən “Beytləhm Ulduzu”nun göydəki üç planetin - Yupiter, Saturn və Veneranın birləşməsi nəticəsində meydana çıxdığını iddia edib.

2020-ci ildə Venera “tamaşaya” qatılmayacaq, bu mənzərəni nisbətən kənardan “izləyəcək”.

Növbəti dəfə Yupiter və Saturn 60 ildən sonra – 2080-ci ildə səmada bu qədər yaxınlaşacaq.oxu.az

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru