Keçmiş deputat Nazim Baydəmirli (Məmmədov) Xeyriyyə Fondu yaratdı

8-12-2020, 18:43           
 Keçmiş deputat Nazim Baydəmirli (Məmmədov) Xeyriyyə Fondu yaratdı
“Bu gün "Bəydəmirli Xeyriyyə Fondu"nun təsis sənədləri dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə göndərildi...”.

Modern.az-ın məlumatına görə, bunu sabiq deputat Nazim Məmmədov bildirib.

O qeyd edib ki, fond yaratmaq 1-ci və 2-ci Qarabağ müharibəsində Şəhid olmuş şəxslərin ailə üzvlərinə, həmçinin Qazilərimizə ə pulsuz tibb yardım göstərmək üçün bir ailə təşəbbüsüdür...

“Fond nizamnamə kapitalı 10 min manat, ilkin əmlakı 290 min manat olmaqla Bakı şəhərində təsis edilir. Qeydiyyat sonrası ictimaiyyətə geniş təqdim ediləcək və fəaliyyəti ilə ölkəmizdə xeyriyyəçilik işinə töhfə verəcəyinə, nümunə olacağına əminliyim var..”.

Xatırladaq ki, Nazim Məmmədov həm də iş adamı kimi fəaliyyət göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru