Onlarla avtomobil toqquşdu - REAL KADRLAR/VİDEO

24-02-2021, 11:25           
Onlarla avtomobil toqquşdu -
Ötən gün axşam saatlarından etibarən Bakı şəhəri və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişməsi, qar yağması və yolların buz bağlaması nəqliyyatın hərəkətini iflic edib.

Publika.az xəbər verir ki, Bakıya minik avtomobillərinin giriş-çıxışı demək olar ki, dayanıb.

Belə ki, Bakı-Ələt yolunun Puta qəsəbəsi ərazisində yerləşən Hərbi Dəniz Qüvvələrinə məxsus qərargahının önündə 40-a yaxın avtomobil sürüşkən yolda toqquşub. Nəticədə magistralda nəqliyyatın hərəkəti tam dayanıb.

Oxşar vəziyyət Bakı-Sumqayıt yolunun Beynəlxalq Avtovağzal yaxınlığındakı hissəsində də yaranıb. Buradakı yoxuş-u qalxa bilməyən minik avtomobilləri və avtobuslar hərəkətin tam dayanmasına səbəb olub.

Qaradağ rayonu ərazisində baş vermiş qəzanın görüntülərini təqdim edirik.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru