Ukrayna hər ay müttəfiqlərindən 1 milyard dollarlıq dəstək almaq niyyətindədir
Bu gün, 00:10
Ukrayna ABŞ silahlarının alınması üçün müttəfiqlərindən hər ay azı 1 milyard dollar vəsait almaq niyyətindədir.
Moderator.az “Reuters“ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Norveçin Baş naziri Jonas Qar Störe ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Norveç havadan müdafiə və su sahəsinin mühafizəsi mövzularında Ukraynanın təhlükəsizlik zəmanətlərinə töhfə verə bilər.