Britni Spirs son nikahı haqqında gözlənilməz etiraf etdi
Bu gün, 07:54
Amerikalı müğənni Britni Spirs emosional paylaşım edərək, övladlarından ayrı düşdüyü ən çətin illəri yada salıb.
O, "Instagram" hesabında yazıb ki, üç il ərzində oğlanları ilə zəng və mesajlaşmadan tamamilə məhrum olub. Bu dövrü yalnız inkar və göz yaşları ilə keçirdiyini bildirib.
Müğənni həmçinin fitnes-məşqçi Sem Asgeri ilə nikahına toxunaraq, onun "saxta bir yayındırma" olduğunu və itki ilə mübarizə aparmaq üçün bir vasitə kimi göründüyünü vurğulayıb.
Hazırda Britni özünü sağalma prosesində hiss etdiyini, həmçinin bədəninə və həyatına yenidən nəzarəti qaytardığını qeyd edib:
"Yenidən uşaq kimi aclıq hissi keçirirəm. Yemək yeyəndə sanki bunu həyatımda ilk dəfə edirəm... Evimi sevirdim, amma orada həddən artıq ağrı və travma vardı".