Bakıda özünü 17-ci mərtəbədən atıb intihar edən gənc bu məşhur sahibkarın oğludur- AÇIQLAMA+FOTO

14-05-2021, 18:37           
Bakıda özünü 17-ci mərtəbədən atıb intihar edən gənc bu məşhur sahibkarın oğludur- AÇIQLAMA+FOTO
Bakıda intihar edən gənclə bağlı araşdırma başladılıb.

Bu barədə GUNinfo.az-ın xəbərinə görə, Baş Prokurorluğun mətbuat xidmətindən məlumat yayıb.

Bildirilib ki, 1995-ci il təvəllüdlü Əhədzadə Mirvəfayıl Məhərrəm oğlunun yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar etməsi ilə bağlı Yasamal Rayon Prokurorluğuna daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib.

Araşdırma üzrə məhkəmə tibb ekspertizası təyin edilib, o cümlədən digər zəruri prosesual tədbirlər həyata keçirilib. Hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Lənkəran rayon Şağlaser kənd sakinlərinin dediyinə görə, mərhum hazırda doğulduğu kənddə torpağa tapşırılır. Mərhumun atası Məhərrəm Əhədov Bakıda “MIR” avtosalonun sahibidir.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.