Kimyanı bilirsiz, bəs Simya nədir? - ARAŞDIRMA
20-02-2016, 01:10
İndiki müasir kimya elminin təməli qoyulmadan minlərlə il əvvəldən başlayıb, 17-ci əsrə qədər təsirləri davam edən, maddələri bir-birinə qarışdırıb, dəyişdirməyə çalışan əlkimyaçı insanların gördükləri işlərə verilən ümumi ada "Simya" deyilir.
FaktXəbər-in məlumatına görə, insanların Simya ilə ən azı 2500 ildir məşğul olduğu deyilir. Simya ilə ilk dəfə Mesopotamiya, Qədim Misir, İran, Hindistan və Çində məşğul olublar. Klassik Yunan dövründə Yunanıstanda, Roma İmperatorluğunun hökm sürdüyü məkanda, mühüm İslam paytaxtlarında və daha sonra 19-cu əsrə qədər Avropada Simyaya maraq göstərilib.
Simya nədir?
Simya elm sahəsi deyil. Sadəcə, eksperimentlər yolu ilə işləyirlər. İşlər nəzəri əsasa söykənmir. Sistematik məlumatları yoxdur. Məlumatları sadəcə təcrübə ilə formalaşır.
Əlkimyaçılar fərqli məqsədlər üçün fəaliyyət göstərərkən, təcrübə-səhv üsulu istifadə edərək, özləri də bilmədən bəzi şeyləri kəşf ediblər.
Simya içərisində tibb, fəlsəfə, astrologiya, kimya, din kimi bir çox mövzular olduğu üçün əlkimyaçılar,
- Ölümsüzlük iksirini kəşf etmək,
- Sonsuz sərvətə çatmaq.
kimi məsələlərlə bağlı işlər də görüblər. Bu səbəbdən bir əlkimyaçı tarix boyu bəzi vaxtlar həkim, kahin, filosof, hətta sehrbaz kimi qəbul edilib. Ancaq günümüzdə istifadə edilən bəzi təcrübə və avtomobil materiallarının ilk hallarını əlkimyaçılar kəşf edib və yararlanıblar. Bu gün yüzlərlə sahədə istifadə olunan acı soda, kükürd, civə, sönmüş əhəng, nitrat turşusu kimi bir çox maddəni ilk dəfə əsrlər əvvəl əlkimyaçılar tərəfindən də istifadə edilib. Başqa bir ifadə ilə desək, simya müasir eksperimental kimya elminin ilk təməllərini təşkil edib. Sözügedən elmin Misirin İsgəndəriyyə şəhərində formalaşmağa başladığı qəbul deyilir. Qədim Misirin metallurgiya, boya və şüşə istehsalı kimi istehsal sahələri ilə qədim Yunan fəlsəfəsi İsgəndəriyyədə qaynayıb qarışmış və e.ə.400-cü illərdə tətbiqi kimya elmi inkişaf etməyə başlayıb.
Aparılan araşdırmalar nəticəsində əlkimyaçıların gördükləri işlər arasında müasir kimya, tibb, metallurgiya, fəlsəfə, din və s. bir çox məsələ ilə bağlı motivlər olduğu aydın olur.
Bəli, simya, indiki mənasında elmi metodlar istifadə edilmədən aparılan əməliyyatlar olduğu üçün, bir elm sahəsi kimi qəbul edilmir. Bu səbəbdən də əlkimyaçıların bir çoxuna elm adamı deyilmir.
Hazırda simya mistik, məxfi və bədii cəhətlərinə görə tarixçilərlə filosofların sahəsinə girir. Simya müasir elmin əsasını qoyan intizamlardan biridir və indiki kimya və metallurgiya sənayelərində istifadə edilən bir çox maddə və əməliyyat qədim dövr əlkimyaçılarının kəşfidir.
Simyanın bir çox istiqaməti olmasına baxmayaraq, hazırda "simya" deyəndə, ağla ilk gələn şey mədənləri qızla çevirməyi sınaqdan keçirən prosesdir.
Sözün mənşəyi
Simya sözünün mənşəyi ilə bağlı tədqiqatçılar arasında yekdil fikir yoxdur. Simya və ya əlkimya sözlərinin sami dilindən qaynaqlandığı iddiası ən çox qəbul ediləndir. Əlkimya latınca yazılışında (Al-chemie) "Al" birləşməsi ərəb mənşəli olduğuna işarə edir. "Chemie"nin isə sami mənşəli "heme", "hema" sözlərindən və ya yunanca "hima" (tökmək) sözündən gəldiyi iddia edilir.
Simyanın hədəfləri
Simyanın əsas hədəfləri bütün növ metalların qızıl və gümüşə çevrilməsidir. Bundan əlavə bu sahə ilə məşğul olanlar ölümsüzlük iksiri yaradılması və bununla insan həyatının çevrilməsinə cəhd göstərirlər.