“Lotu Quli” və “Rövşən Lənkəranski”nin tərəfdarları arasında atışma BAZAR SÖHBƏTLƏRİNƏ GÖRƏ...,+VİDEO
15-05-2021, 13:36
Rusiyanın Tümen şəhərində iki silahlı qrup arasında atışma olub, bir nəfər ağır yaralanıb.
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, atışan tərəflərin hər ikisi azərbaycanlılardır. Onların “Lotu Quli” və “Rövşən Lənkəranski”nin (hazırda heç biri sağ deyil,-red.) tərəfdarları olduqları bildirilir.
Şəhərin “Dom oborona” rayonunda mayın 13-də gecə baş vermiş atışma yaxınlıqdakı videoüşahidə kameraları tərəfindən qeydə alınıb. Hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər ki, silahlılar Tümenə Noyabrks şəhərindən gəliblər. Onların arasındakı münaqişə Tümen bazarlarına nəzarət uğrunda başlayıb.
Şahidlər deyiblər ki, əvvəlcə “razborka” iştirakçıları bir-birlərinə dəyənək və bıçaqlarla hücum ediblər. Daha sonra tapançalar işə düşüb. Onlardan biri-33 yaşlı azərbaycanlı çoxsaylı xəsarətlərlə Tümen xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriib. Münaqişə iştirakçılarının kimlikləri artıq müəyyən edilib, amma adları açıqlanmır. Yerli İstintaq Komitəsi şahidlərdən bu şəxslər barədə informasiyaları çatdırmağı xahiş edib.