Alimlər okeanların rekord dərəcədə istiləşdiyi barədə həyacan təbili çalır Okeanın yuxarı səth sularında 6 il ardıcıl rekord qeydə alınır
12-01-2022, 12:48
Çin və ABŞ-dan olan alimlər 1950-cu illərdən bəri okean səthinin temperatunun dəyişməsinin tendensiyaları və onların təsirləri haqqında hesabat dərc ediblər. AzVision.az xəbər verir ki, "Advances in Atmospheric Sciences" jurnalında dərc olunan məqalədə 2021-ci ildə növbəti temperatur rekordu qeydə alındığı qeyd edilib. Keçən il bir çoxu okeanla əlaqəli olan, insan cəmiyyətini və təbii ekosistemləri qorumaq məqsədi daşıyan BMT-nin elan etdiyi Okean elmləri onilliyində birinci il oldu. 14 institutdan 23 tədqiqatçının üzərində işlədiyi hesabat Çin Elmlər Akademiyasının Atmosfer Fizikası İnstitutunun (IAP CAS) və ABŞ Milli Okean və Atmosfer İdarəsinin (NOAA) Milli ətraf mühit məlumat mərkəzlərinin məlumatlarını özündə birləşdirir.
Kolorado ştatındakı Milli atmosfer tədqiqatları mərkəzinin müəlliflərindən Kevin Trenbert bildirib ki, okeanın istiliyi bütün dünyada durmadan artır və bu, antropogen iqlim dəyişikliyinin əsas göstəricisidir:
"Bu hesabatda 2021-ci ilə qədər olan müşahidələri yenilimiçik. Eyni zamanda və əvvəlki məlumatlara da baxıb, onları yenidən işləmişik".
Tədqiqatçılar müəyyən ediblər ki, ötən il okeanın 2000 metr yuxarı səthi əvvəlki dövrə nisbətən 14 zettajoul qəbul edib ki, bu da 2020-ci ildə dünyadakı elektrik enerjisi istehsalından 145 dəfə çoxdur.
Məqalənin birinci müəllifi, IAP CAS-da Beynəlxalq iqlim və ətraf mühit elmləri mərkəzinin dosenti Liçzin Çen bildirib ki, istilikdən əlavə, okean karbon qazının antropogen tullantılarının 20-30 faizini qəbul edir:
"Bu da okeanın turşulaşmasına səbəb olur. Bununla belə, okeanın istiləşməsi onun karbon qəbul etmək səmərəliliyini azaldır və havada daha çox karbon qazı qalır".
Gələcəkdə istilik və karbon qəbulunun arasındakı əlaqənin monitorinqi və başa düşülməsi iqlim dəyişikliyinin təsirinin azaldılması məqsədlərini izləmək üçün vacibdir".
Okeanın istiliyi insanın təsirinin nəticəsində iqlim dəyişmələrinin olmasının ın bariz nümunəsidir. 2021-ci ildə qlobal okean səthinin temperaturu rekord göstərici olsa da, bu, tarixdəki ən yüksək göstərici deyil. Belə ki, hazırda Cənub ossilyasiyasının La Nina mərhələsi Sakit okeanın tropik hissəsinin soyumasına gətirib çıxarır.
Bubdan əlavə tədqiqatçılar El-Ninyo və La-Nina kimi tanınan istiləşmə və soyuqlaşma mərhələlərinə düzəliş edəndən sonra belə qənaətə gəliblər ki, 1950-ci illərin sonlarından başlaryaraq oekan suyu davamlı olaraq istiləşir.
Minnesota ştatındakı Sent Tomas Universitetinin professoru, başqa bir tədqiqat müəllifi Con Abraham antropogen istiləşmə siqnalını təbii dəyişlikdən ayırmaq üçün alimlərə okeanın temperaturu ölçmələri dörd ildən az vaxt tələb etdiyini qeyd edib: "Bu, Yer səthinin üzərindəki qlobal hava istiləşmənin səbəbini müəyyən etmək üçün tələb olunan üç onillik ölçmələrdən xeyli azdır."
Tədqiqatın nəticələri göstərir ki, okeanların istiləşməsi atmosferdəki insan fəaliyyəti ilə bağlı olan dəyişikliklərin nəticəsidir. Və alimlərin fikrincə bunun təsirləri çox hiss olunacaq. Okeanlar isindikcə, su genişlənir, dəniz səviyyəsi yüksəlir, isti, rütubətli hava kütlələri hava sistemlərini yükləyir, şiddətli fırtınalar və qasırğalar üçün ilkin şərait yaradır, yağıntıları və daşqınları artırır.