Həkim “Omikron”un “tənəzzül”ündən DANIŞDI

13-01-2022, 09:43           
Həkim “Omikron”un “tənəzzül”ündən DANIŞDI
Koronavirusun “Omikron” ştammı dünyaya hakim olacaq, sonra isə bu ilin sonuna kimi “tənəzzül” edəcək.

Bu barədə rusiyalı terapevt Aleksey Vodovozov açıqlayıb.

Onun sözlərinə görə, ötən il çox sürətlə yayılan və sonda “tənəzzül” edən “Delta” ştammının taleyi “Omikron”u da gözləyir. “Omikron” ştammında da eyni şey baş verəcək:

“2021-ci ildə biz “Delta” ştammının yüksəlişini və enişini gördük. Bütün hadisələr koronavirusun bu bir variantı ətrafında baş verdi. İnanıram ki, 2022-ci ildə də eyni aqibət “Omikron” ştammını da gözləyir”.

Həkim qeyd edib ki, yeni ştammın yüksəlməsi və enməsinin hansı nəticələrə gətirib çıxaracağı və hansı patogenin onu sıxışdıracağı indi məlum deyil.

Mənbə: Mk.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru