Sakinlərin təzminat problemi - VİDEO

13-01-2022, 12:44           
Sakinlərin təzminat problemi - VİDEO
Ağdam rayonunun Zəngişalı, Əfətli, Paşabəyli, Xındırıstan kəndlərinin bir qrup sakini “Problem”ə öz problemləri ilə müraciət ünvanlayıb. Əslində onların problemi Vətən müharibəsi günlərində başlayıb.

Mənfur düşmənin yaşayış yerlərini mərmi atəşinə tutması bu sakinləri evsiz qoyub. Amma bu problem qismən də olsa, öz həllini tapıb. Dövlət tərəfindən yaradılan komissiya onlara dəymiş ziyanı qeydə alandan sonra hər bir ailəyə Dövlət Şəhərsalma Arxitektura Komotəsinin nəzarəti altında yeni ev tikilib. Lakin problemin tam həlli üçün bu evlərin yeni əşyalarla təchiz olunması lazımdır ki, bax bu yerdə iş deyəsən dalana dirənib.

Hazırda sakinlərin bir çoxu kirayədə qalır və ev əşyalarına görə veriləcək kompensasiya məbləğini gözləyə-gözləyə yeni evləri ilə bağlı xəyallar qururlar.

Sakinlərin bu probleminə Ağdam Rayon İcra Hakimiyətindən münasibət bildirildi. Başçının birinci müavini Allahverən Əliyev şifahi olaraq qeyd etdi ki, sakinlər bu problemlə bağlı Rayon İcra Hakimiyyətində qəbulda olublar. Onlar da öz növbəsində aidiyyəti qurumalarla əlaqə saxlayıblar. Bildirilib ki, vəsait çatışmazlığından ödənişlərdə gecikmə olub. Amma yaxın günlərdə sakinlərə dəymiş ziyanla bağlı ödənişlər həyat keçiriləcək.

Necə deyərlər, borclu borclunun sağlığını istəyər. Deyilən yaxın günlərin tezliklə gəlib çıxması ümidilə...













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.