Azərbaycan buğda ilə özünü neçə faiz təmin edə bilir?

14-01-2022, 00:04           
Azərbaycan buğda ilə özünü neçə faiz təmin edə bilir?
Azərbaycanın buğda ilə özünütəminatı orta hesabla 59-60 faiz səviyyəsindədir.

Bizimxeber.az Trend-ə istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

O bildirib ki, Azərbaycanda hər il orta hesabla 2 milyon ton buğda istehsal olunur.

"İl ərzində 1,3 - 1,4 milyon ton buğda idxal olunur. Azərbaycanın buğda ilə özünütəminatı orta hesabla 59-60 faiz səviyyəsindədir. Bu da o deməkdir ki, biz buğdaya tələbatın 40 faizini idxal hesabına ödəyirik. Azərbaycanın un üçün buğdaya görə idxal göstəricisi 40 faizdən bir az artıqdır", - deyə direktor bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru