“Amazon”dan sifariş üçün ən yararsız əşyalar hansılardır?

14-01-2022, 11:28           
“Amazon”dan sifariş üçün ən yararsız əşyalar hansılardır?
“Amazon” əməkdaşı onlayn platformadan sifariş üçün yararsız məhsulları açıqlayıb.

“TikTok”-da yayımlanan video istifadəçilərin diqqətini çəkib.

Videoda Raci Alur onlayn mağazanın anbarında sifarişləri yerləşdirməklə məşğul olduğunu izah edib. Onun sözlərinə görə, bir çox işçi məhsulları müştərilərə göndərməzdən əvvəl onları məqsədli şəkildə korlayır. Bu səbəbdən də qadın istifadəçilərə şampun, silikon qab-qacaq, içki və açılan paketlərdə olan məhsulları almaqdan çəkinməyi tövsiyə edib. Bunun əvəzinə o, oxşar malları supermarketlərdən almağı məsləhət görüb.

Bloqerin videosu internetdə yayılaraq 430,4 min baxış və 40,3 min bəyənmə toplayıb. İstifadəçilər bloqerin sözlərini təsdiqləyib və “Amazon”dakı mənfi alış-veriş təcrübələrini paylaşıblar.

“Şampunlar və losyonlar həmişə dağılmış halda gəlir. Düşünürəm ki, onlar göndərilməzdən əvvəl hansısa şəkildə zədələnirlər”, “Amazondan yemək almayın. Həmişə tozlu və çirkli olur”, “Mən bir Amazon çatdırılma sürücüsü kimi sizi oradan su və it yemi almamağa çağırıram”, - deyə şərhlərdə yazılıb.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru