Azərbaycanlılar vizasız hansı ölkələrə gedə bilər - SİYAHI
21-02-2022, 12:38
Azərbaycan vətəndaşları vizasız hansı ölkələrə gedə bilər? Azərbaycan pasportunun reytinqdə 67 ölkənin siyahısı açıqlanır, ancaq unutmayın ki, bu siyahıda böyük əksəriyyət diplomatik nümayəndələrə, xidməti vəsiqəsi olanlara aididir.
Azərbaycandan ümumvətəndaşlıq (yaşıl) pasportu ilə, vizasız turist qəbul edən ölkələrin sayı isə elə də çox deyil, amma yenə də Avropa, Asiya, Şimali, Mərkəzi və Cənubi Amerika ölkələrindən bəziləri, adını ilk dəfə eşidəcəyiniz ölkələrədək var. Baxın, bəlkə ürəyinizə yatan bir yer oldu.
Qeyd edək ki, bəzi ölkələrdə hava limanlarında viza verilir, lakin orada müəyyən viza rüsumları olduğu üçün siyahıya əlavə etməmişik.
Onu da nəzərə alın ki, COVİD-19 pandemiyası ilə bağlı ölkələrdə fərqli məhdudiyyətlər ola bilər. Biletləri almazdan əvvəl mütləq ölkədəki karantin qaydaları barədə məlumat əldə edin.
Ölkənin adı
Viza rejimi
İcazə verilən səyahət müddəti
Belarus
azaddır
90 gün
Gürcüstan
azaddır
90 gün
Qazaxıstan
azaddır
90 gün
Qırğızıstan
azaddır
90 gün
Moldova
azaddır
90 gün
Özbəkistan
azaddır
90 gün
Rusiya
azaddır
90 gün
Tacikistan
azaddır
90 gün
Ukrayna
azaddır
90 gün
Türkiyə
azaddır
90 gün
İran
azaddır
15 gün
Serbiya
azaddır
90 gün
Şimali Makedoniya
azaddır
90 gün
Monteneqro
azaddır
90 gün
Bosniya və Hersoqoviniya
azaddır
90 gün
Livan
azaddır
30 gün
Malayziya
azaddır
30 gün
Qətər
azaddır
30 gün