102 yaşlı avtomobil həvəskarı uzunömürlülüyün sirrini açıb

22-02-2022, 09:43           
102 yaşlı avtomobil həvəskarı uzunömürlülüyün sirrini açıb
2022-ci ilin martında 103 yaşı olacaq ABŞ sakini uzunömürlülüyün sirrini açıb.

Men ştatının kiçik Madavosk şəhərindən olan 102 yaşlı Armand Martin qoca yaşına baxmayaraq, öz evində tək yaşayır və avtomobil həvəskarı olaraq qalır.

O, oğlunun müşayiəti ilə ərzaq və dərman üçün alış-verişə çıxır.

Beş il qoca qəzaya düşüb və şəxsi nəqliyyat vasitəsindən imtina etmək qərarına gəlib. Lakin sürücülük üçün çox darıxdığından 101 yaşında yeni avtomobilinə sahib olub.

1919-cu il təvəllüdlü kişi uşaqlıqdan oxumağı çox sevdiyi üçün bu qədər yaşadığını düşünür. O, kitabsız bir gün belə keçirmir. Ən çox sevdiyi janrlar isə vestern və elmi fantastikadır.

Amerikalı uzunömürlülüyünü oxumaqla yanaşı, daimi məşğulluq, düzgün qidalanma və aktiv həyat tərzi ilə izah edir.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru