Rusiya və Ukrayna ordusunun müqayisəsi: güclərin fərqi - İNFOQRAFİK
22-02-2022, 17:07
Putinin “LNR” və “DNR”i suveren bir qurum kimi tanınmasından sonra bütün dünyanın diqqəti Ukrayna ilə Rusiya arasında başlaması hər an ehtimal olunan müharibəyə yönəlib. Gözlər təkcə müharibəyə deyil, eyni zamanda tərəflərin hərbi imkanlarına da yönəlib. Çünki Rusiya hərbi gücünə görə dünyada ABŞ-dan sonra ikinci yerdə durur. Buna baxmayaraq Ukrayna tərəfi Putinin imzaladığı fərmanı birmənalı şəkildə qəbul etməyərək, istənilən vasitə ilə ərazi bütövlüyünü təmin edəcəyini bəyan edib. Bu məqsədlə hətta Rusiya ilə müharibəyə hazır olduğunu da istisna etməyib. DİA.AZ “Ölkə.Az”a istinadən xəbər verir ki, Ukrayna ordusu ölkəsini müdafiə etməyə hazır olduğunu, Rusiya isə güclü ordu ilə yanaşı nüvə silahına da sahib olduğunu vurğulayır.
İstənilən halda hərbi güc müharibədə həlledici rola malikdir. Baxmayaraq beynəlxalq aləm Ukraynanın tərəfindədir. Amma Rusiya hərb baxımında güclü bir dövlətdir.
Dünya ölkələrinin hərbi qüvvələrinə dair analitik məlumat bazaları, habelə Rusiya və Ukraynadakı açıq mənbələr hazırlayan Qlobal Atəş Gücü Təşkilatının (GFP) məlumatlarına əsasən iki ölkənin ordularının hazırkı imkanları tərtib edilib.
Hərbi analitiklər Ukrayna ordusunun 2014-cü illə müqayisədə daha güclü və daha hazırlıqlı olması ilə razılaşsalar da, Rusiyanın hərbi inventarının genişliyinə diqqət çəkib.
Ukraynanın hərbi xərclərinin ümumi daxili məhsula nisbəti 2021-ci ildə 5,9 milyard dollarla 4,1 faiz təşkil edib.
Digər tərəfdən, Rusiyanın 2021-ci ildə ordusuna ayırdığı xərclərin ümumi daxili məhsula nisbəti 61,7 milyard dollarla 4,3 faiz olub.
Rusiya havada və quruda əhəmiyyətli üstünlüyə malikdir.
Rusiya ordusunda 850 min fəal hərbi qulluqçu, 250 min ehtiyatda olan və 200 min hərbiləşdirilmiş qüvvə olduğu halda, Ukrayna ordusunda 250 min aktiv hərbi qulluqçu, 250 min ehtiyatda olan və 50 min hərbiləşdirilmiş qüvvə var.
Quru qoşunları baxımından Rusiya 12 min 420 tank, 30 min 122 zirehli texnika, 6 min 574 özüyeriyən artilleriya, 7 min 571 yedəkli artilleriya və 3 min 391 mobil yaylım atəşi sistemi ilə üstünlüyə malikdir.
Rusiya Hərbi Hava Qüvvələrində 772 döyüş təyyarəsi, 739 hücum təyyarəsi və 2000-dən çox helikopter, Ukraynada isə 69 döyüş təyyarəsi, 29 hücum təyyarəsi və 60-a yaxın helikopter var.
Rusiya 1 təyyarədaşıyan, 15 esmines, 70 sualtı qayıq və 11 freqatla esminesi və sualtı qayığı olmayan, yalnız bir freqatı olan Ukraynaya qarşı bu sahədə üstündür.
Rusiya rəsmilərinin vurğuladığı digər mühüm amil isə əllərində olan nüvə başlıqlarının sayıdır. Rusiyanın nüvə arsenalında 4490 döyüş başlığının olduğu təxmin edilir ki, onlardan 1600-ü ballistik raketlərdə və strateji bombardmançı təyyarələrdə yerləşdiriləcək.