“Əsgərlərimiz günlərlə bizə təcavüz etdi”

10-05-2015, 00:33           

Yazar Sarah Helmin, 2 Dünya Müharibəsi zamanı yəhudi qadınlarına işgəncə məqsədiylə yaradılmış Ravensbruckdakı düşərgə haqqında son kitabında yazıb. Bizimyol.info xəbər verir ki, yazar, hekayəsini dinlədiyi qadınların yaşadıqlarını qələmə alıb. Yazar bildirir ki, düşərgədə olan qadınların çoxu yaşanan ağrıları təhrif edib. Sarah yazır ki, Ravensbruck düşərgəsinin ilk ziyarətçiləri nasistlərə müxalif olan alman qadınları olub: "Qadınlar arasında müxtəlif peşə sahibləri var idi. Daha sonra almanların işğal etdikləri öklələrdən qadınlar gətirilməyə başladı. Yəhudi və rus qadınları gətirildi. Düşərgədə yorğun və xəstə olanların öldürülməsinə qərar verildi. Hitlerin icazəsi ilə əsir qadınlar üzərində müxtəlif təcrübələr aparılmağa başlandı. Düşərgədə olan həkim Sonntag, yaralı qadınları döyməyi sevirdi. Əsgərlərin döyüşlərdə daha bacarıqlı olmaları üçün nizamlı cinsi əlaqədə olmalarını düşünən həkim Sonntag, xəstəlik bulaşmadan cinsi əlaqəyə girmənin yollarını araşdırmağa başlamışdı. "Dovşan" adı verilən təcrübələr döyüşdə yaralı əsgərlərə necə müdaxilə edilməsini araşdırmaq üçün aparılırdı. Həmin təcrübələr zamanı əsir qadınların canlı vəziyyətdə ayaqları kəsildi və daha sonra onlara ilk tibbi yardım göstərilməyə başlanıldı. Bu acılara bəzi qadınlar dözə bilmədi. Ravensbruck düşərgəsində həddindən artıq sıxlıq yaranmışdı. Bu səbəbdən 1945-ci ildə qaz otağı yaradıldı. Bir həftə ərazində 2500 qadın öldürüldü. 30 Aprel 1945-ci ildə Ravensbruck düşərgəsi rus əsgərləri tərəfindən tutuldu. Düşərgədən alman zabitləri qaçmışdı, amma düşərgəyə gələn rus əsgərləri qadınlara təcavüz etməyə başladı. Düşərgədə olan rus bir qadın, illər sonra açıqlama vermişdi. Rus qadının dediyinə görə almanlar onları donuz olaraq gördükləri üçün təcavüz etmirdilər. Rus əsgərləri isə düşərgəni tutan kimi qadınlara təcavüz etməyə başladılar. Düşərgədə olan qadınların hamısına təcavüz edildi və çoxu öldürüldü"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.