Mütəxəssislərdən XƏBƏRDARLIQ: Bu heyvan eyni anda 30 nəfəri birdən öldürə bilir
28-08-2022, 18:00

Keçən iyul ayında balıqçıların toruna düşərək Türkiyədə böyük çaxnaşmaya səbəb olan konus ilbizi ilə bağlı mütəxəssislərdən yeni xəbərdarlıqlar gəlib.
Teref.az xəbər verir ki, konus ilbizinin dünyanın ən zəhərli heyvanları siyahısında birinci yerdə olduğunu bildirən mütəxəssislər eyni anda 30 nəfəri öldürmək gücünə malik olan heyvana qarşı diqqətli olmağa çağırıblar.
Qeyd edək ki, ölümcül zəhərinə görə çox qorxulan konus ilbizi Marmarisdə balıq tutan vətəndaşların toruna düşüb. Adətən Avstraliyanın dayaz sahillərində yaşayan Konus ilbizinin Türkiyədə ortaya çıxması mütəxəssislərin işə başlamasına səbəb olub.
Muğla Sıtkı Koçman Universiteti Balıqçılıq Fakültəsi Türkiyədə ilk dəfə görülən bu növ üçün təcili işlərə başlayıb. Dünyanın ən təhlükəli növlərindən biri olan konus ilbizinin eyni anda 30 nəfəri öldürmək gücünə malik olduğu üçün böyük qorxu yaradır. Mütəxəssislər həm ilanlardan, həm də timsahlardan daha qorxulu olan bu növə qarşı diqqətli olmağa çağırıblar.
Konus ilbizləri bədənlərində mürəkkəb kimyəvi maddələr istehsal edir və onları ov strategiyasında ardıcıl olaraq istifadə edirlər. Avstraliyada, İndoneziyada Asiyanın və Sakit Okeanın sularında yaşayan bəzi konus ilbizləri çox zəhərlidir. Kiçik balıqları, qurdları və mollyuskaları ovlamaq üçün zəhərli nizələrdən məharətlə istifadə edirlər. /Musavat.com/