Şamil Basayevlə bağlı 20 illik müəmma: Atası niyə öldürüldü? - FOTO

28-08-2022, 18:07           
Şamil Basayevlə bağlı 20 illik müəmma:
2002-ci il yanvarın 12-də ən çox axtarılan çeçen Şamil Basayevin atası, 65 yaşlı Salman Basayev Çeçenistanda öldürüldü.

Hadisənin baş verdiyi dağlarda əslində nə olduğu hələ dəqiq bilinmir, lakin bəzi versiyalar var.

Cebhe.info Rusiya mətbuatına istinadən xəbər veir ki, əsrin əvvəlində respublikada dolaşan şayiələrə görə, Salman tam çeçen deyildi. Özünün və ya atasını (yəni Şamilin babasını) avar - Dağıstanın ən böyük xalqının nümayəndəsi adlandırırdılar. Lakin Şamil Basayevin özü bunu qəti şəkildə təkzib edərək saqfanlı çeçen olmada israr edirdi.

Sovet illərində Salman Basayev də bir çox çeçenlər kimi Rusiyanın bütün cənubunu gəzib. 80-ci illərdə onun qohumlarından ibarət briqadası bir neçə il Volqoqrad vilayətinin Kotelnikovski rayonunda məskunlaşdı. Ataya azyaşlı oğulları - Şamil və Şirvani kömək edirdi.

Ağsaqqal Basayev Çeçenistanda kifayət qədər tanınmış sima idi. Üç dəfə Həcc ziyarətinə gedib, möminlər arasında nüfuz qazanmışdı.

Ailədə Zinaida adlı qız da doğulub. O, 1995-ci ildə Basayevin qohumlarının evinə hava hücumu zamanı həlak olub.

Salman Basayevin ölümü ilə bağlı rəsmi açıqlamanı Rusiya xüsusi xidmət orqanları yalnız yanvarın 21-də, 9 gün sonra yayıb. Məlumata görə, Çeçenistan Respublikasının Kurçaloy rayonunun dağlarında, Axkinçu-Borzoy kəndinin kənarında silahlıların anbarlarının məhv edilməsi üzrə keçirilən xüsusi əməliyyat zamanı üç naməlum şəxs bir qrup şəxsə atəş açıb. Atışma zamanı hücum edənlər öldürülüb. Ölənlər arasında Şamil Basayevin atası da müəyyən edilib.

Rəsmi məlumatda Axkinçu-Borzoy kəndində tapılan silah və sursatlar haqqında da görüntülər olub: əl qumbaraatanları üçün atışlar, 6 kq trotil, plastik, 50 qumbara, patronlar. Salman Basayev və onun yoldaşlarının ləğv edilməsinin aşkar edilmiş arsenalla bağlı olub-olmadığı barədə məlumat verilməyib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.