"Yer sakinləri Aya yaşamaq və təhsil almaq üçün gedəcək"

29-08-2022, 10:53           
"Yer sakinləri Aya yaşamaq və təhsil almaq üçün gedəcək"
"Yer sakinləri Aya yaşamaq və təhsil almaq üçün gedəcək".

=Teref.Az "report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) rəhbəri Bill Nelson NBC telekanalına bildirib.

NASA rəhbərinin sözlərinə görə, məhz bu vəzifələrin miqyası astronavtların Yerin peykinin səthinə yeni enişinə bu qədər uzun müddətli hazırlıq faktını izah edir.

Aya astronavtların növbəti enişinin məqsədi insanın Yerin təbii peykində daha uzun müddət qalmasını təmin etmək olacaq ki, bu da yeni texnologiyaların yaşamasını və öyrənilməsini nəzərdə tutur.

"Biz yalnız Aya eniş, orada bir neçə gün qalıb uzaqlaşmaqdansa, daha uzun müddət qalmağa diqqət yetirməliyik", - Nelson deyib.


NASA rəhbəri bununla yanaşı əlavə edib ki, yaxın perspektivdə insanların Ayda yaşaması mümkün deyil. Bunun üçün insanlara başqa göy cisimlərində yaşamağa imkan verən yeni texnologiyalar lazımdır.

"Aya eniş etdikdən sonra Yer sakinlərini Marsa səfər gözləyir", - NASA rəhbəri vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru