Almanlar rus qazına alternativ tapa bilmirlər
29-08-2022, 09:38
![Almanlar rus qazına alternativ tapa bilmirlər](/uploads/posts/2022-08/1661747971_1.jpg)
Bavariya federal əyalətinin baş naziri Markus Söder “ZDF” telekanalının efirində Almaniya siyasətçilərinin qazla bağlı xarici səfərlərinin hələ də elə bir effekt vermədiyini bildirib. Yəni Almaniya hələ də Rusiya qazına alternativ tapa bilməyib.
SİA-nın əldə etdiyi məlumata görə, “...Almaniya hazırda Rusiyaya əvvəlkindən daha çox pul köçürür və eyni zamanda “əhəmiyyətli çətinliklər və problemlər təhlükəsi” də istisna edilmir.
“Qiymətlər uçur,” deyən Zeder əlavə edib ki, hazırda Rusiya qazını əvəz edəcək heç bir qaz yoxdur: Qətər, Norveç və Kanada ilə danışıqlara cəhdlər indiyədək heç bir alternativ təqdim etməyib.
Xatırladaq ki, Almaniyanın baş nazirinin müavini və iqtisadiyyat naziri Robert Habek martın ortalarında ölkəyə qaz tədarükünü razılaşdırmaq üçün Qətərə və Birləşmiş Ərəb Əmirliklərinə səfər etmişdi. Əvvəlcə o, Qətərlə tədarüklə bağlı razılaşmanın əldə olunduğunu açıqlasa da, sonradan bu ölkənin İtaliyaya yanacaq tədarük edəcəyi məlum olub.
Qeyd edək ki, Almaniyada noyabra qədər ölkənin yeraltı anbarlarında qazın səviyyəsini 95 faizə çatdırmağa çalışırlar, amma... avqustun 26-na olan məlumata görə, hazırda qazın səviyyəsi 81,28 faizdir.