Bakıda məktəblilərə həb verilib? - DİN AÇIQLAMA VERDİ

29-08-2022, 11:46           
Bakıda məktəblilərə həb verilib? -
Tanınmış blogger Nail Kəmərli Bakının Biləcəri rayonu ərazisində narkomanlarla bağlı süjet hazırlayıb.

Sujetdə yerli sakinlərdən biri iddia edir ki, paytaxtda 300 nömrəli məktəbdə kimsə uşaqlara həb verib. Daha sonra sakinlər toplanaraq həmin şəxsi döyərək cəzalandırıblar.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, qeyd olunan məktəbdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli polis orqanlarına hər hansı məlumat daxil olmayıb.

"Həmin məsələ ilə əlaqəli tərəfimizdən müvafiq yoxlama aparılıb. İddiaların əsassız olduğu müəyyən edilib".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru