"Emin Əmrullayevin fikirləri kontekstdən çıxarılıb və həqiqətə uyğun deyil" - Nazirlikdən MÜRACİƏT

29-08-2022, 16:14           
"Emin Əmrullayevin fikirləri kontekstdən çıxarılıb və həqiqətə uyğun deyil" -
Elm və Təhsil Nazirliyi nazir Emin Əmrullayevin Bakı şəhəri üzrə məktəb direktorları ilə görüşdə "Məktəblər təhsil vermir və biz bunu bilirik" deməsi barədə iddialara münasibət bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bir çox sosial media hesablarında görüşlə bağlı səsləndirilən yanlış fikirlərin kontekstdən çıxarıldığını və həqiqətə uyğun olmadığını deyib.

Onun sözlərinə görə, ötən həftənin şənbə günü elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri üzrə məktəb direktorları ilə görüşüb:

"Görüş zamanı məktəb rəhbərləri ilə pedaqoji heyətin vəzifə maaşına əlavələrlə bağlı ölkə Prezidenti İlham Əliyevin müvafiq Fərmanından irəli gələn məsələlər, məktəb direktorunun nüfuzu, məktəb-icma münasibətləri, məktəbin daxilində peşəkar inkişaf, məktəbdə öyrənmə mühitinə təsir edən amillər, sertifikasiya mövzusunda geniş fikir mübadiləsi aparılıb və bu fonda suallara cavab verilib. Bir çox sosial media hesablarında həmin görüşlə bağlı səsləndirilən yanlış fikirlərlə bağlı onu demək istərdik ki, qeyd olunanlar kontekstdən çıxarılıb və həqiqətə uyğun deyil. Xahiş edirik, dürüstlüyünü yoxlamadan mənşəyi bəlli olmayan mənbələrə istinad edərək xəbərləri tirajlamayaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru