Kreml artıq uğurlu əməliyyatlar görüntüsü yaradır" - Müharibə Araşdırmaları İnstitutu

30-08-2022, 11:18           
Kreml artıq uğurlu əməliyyatlar görüntüsü yaradır" -
Kreml Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətində irəliləməsi ilə bağlı aşağılayıcı bəyanatlar verir, Rusiyanın Ukraynada genişmiqyaslı hərbi uğurlar qazanması ilə bağlı görüntünü saxlamağa çalışır. AzVision.az xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutu nun (ISW) hesabatında yazılıb.
Ekspertlər qeyd edirlər ki, Kiyev hərbçilərin əməliyyatları və onların istiqaməti barədə susqunluğunu qoruyur. Qərb mediası isə artıq bir sıra işğal olunmuş yaşayış məntəqələrinin geri qaytarılmasını elan edib.
Rusiyalı bloggerlər də əks-hücum əməliyyatını gizlətmirlər və deyirlər ki, Ukrayna Silahlı Qüvvələri regionun 6 km dərinliyinə qədər irəliləyib. Belə bir fonda Kreml guya özünün hərbi fəthləri ilə onun qarşısını almağa, aşağılayıcı bəyanatlar verməyə çalışır.

Məlumatda o da vurğulanır ki, hazırda Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna məxsus qruplaşmaların təchizat marşrutlarını uğurlu şəkildə vurmağa davam edir. Peyk görüntülərindən istifadə etməklə Xerson yaxınlığındakı körpülərin vəziyyətini qiymətləndirən analitiklərin fikrincə, hazırda sursat və avadanlıqların ötürülməsi üçün əsas marşrutlar fəaliyyət göstərmirlər.
O da vurğulanır ki, indi ruslar Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu dəf etmək üçün şimaldan Xersona doğru ponton keçidi ilə təchizat ötürməyə çalışır. Lakin Moskvanın itkiləri kompensasiya etmək üçün seçdiyi bu yol səmərəsizdir və Ukraynanın vurduğu ardıcıl zərbələri qarşısında həssas görünürlər.

Analitiklər Mariupol merinin müşaviri Andryuşşenkoya da istinad ediblər. Qeyd edilir ki, yaxın günlərdə Rusiyanın Mariupol dəmir yolu tranzitindən asılı olan logistika səyləri elektrik enerjisinin olmaması, stansiya kranlarının zədələnməsi və daşqın səbəbindən uğursuz olacaq.

Xatırladaq ki, avqustun 29-da Ukrayna Silahlı Qüvvələrinin komandanlığı Xerson vilayətində əks-hücumun başladığını rəsmən elan edib. Ukrayna qüvvələrinin irəliləməsi işğal olunmuş ərazilərdə Rusiya logistikasının məhv edilməsi ilə müşayiət olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.