AZAL öz qaydalarına niyə əməl etmir? - AÇIQLAMA

20-05-2016, 12:28           

"Azərbaycan Hava Yolları" (AZAL) öz qoyduğu qaydalara əməl etmir. Qaynarinfo.az xəbər verir ki, "Gold kart" üzvü olan müştərilərin biznes salona daxil olmaq hüququ olsa da, şirkət onlara bu hüququ vermir.

Bu barədə jurnalist Anar Şabanoğlu "Facebook" səhifəsində yazıb. Həmkarımız "Gold kart" üzvü olsa da, onu biznes salona buraxmayıblar:

"Minik kartımı təqdim edib AZAL-ın biznes zalına keçmək istədim. Qeyd edim ki, uzun müddətdir "AZAL Miles" proqramının üzvüyəm. Günel Məhərrəmova ad-soyadlı xanım kartın özü olmadan biznes zala keçməyə icazəmin olmadığını bildirdirdi. Ona minik kartımda "Gold üzv" olduğumun qeyd edildiyini və AZAL-ın internet əlavəsində də "Gold kart" üzvü olduğumu əyani şəkildə göstərdim. Eyni zamanda 250 manata aldığım, AZAL-ın "Miles" proqramına daxil olan SW Bankın "Miles" kartını təqdim etdim. Amma yenə xeyri olmadı. O zaman "Gold kart"ın özünün biznes zala girməzdən əvvəl təqdim olunması haqda hansı qaydada yazılmasını göstərməyini xahiş etdim. Göstərə bilmədi. Əvəzində mən ona AZAL-ın rəsmi saytından "skrin" etdiyim qaydaları göstərdim. 7-ci bənddə yazılıb ki, "Gold" iştirakçı H.Əliyea adına biznes zaldan faydalana bilər. Təhlükəsizliyi çağırdı. Anar adlı adaşıma da bunu göstərdim. Növbə rəisi Zaur Heydərova zəng vurdu. O da bildirdi ki, "bizə belə deyiblər, kartın özü olmadan zala keçmək olmaz. Amma AZAL-ın rəsmi saytında və SW Bankın özəl olaraq "Miles kart"lar üçün yaratdığı miles.swbank.az saytında bu haqda bir cümlə də yoxdur".

Həmkarımızın şikayətindən görünür ki, AZAL rəhbərliyi özlərinin yazdıqları qaydalara əməl etmir, müştərilər müəyyən məbləğ xərcləyərək aldıqları kartların imkanlarından yararlana bilmir.

* * *

Məsələ ilə bağlı “Azərbaycan Hava Yolları” açıqlama verib. Şirkətdən Qaynarinfo.az-a göndərilən açıqlamanı təqdim edirik:

"Bu gün saytınızda dərc olunmuş “Azərbaycan Hava Yolları” aviaşirkətinin sərnişini olan Anar Şabanoğlunun şikayəti ilə bağlı nəzərinizə çatdırırıq ki, AZAL-MILES proqramının Gold kart sahibi 771031015405 Anar İsgəndərov 15/04/2016 ci il tarixində yenidən qeydiyyatdan keçib. Gold kart 20 gün ərzində hazır edilib, amma kartın sahibi tərəfindən əlaqə nömrəsi qeyd olunmadığından kart hal-hazırda SW Bankdadır. Kuryerler qeyd olunan səbəbdən kartı sahibinə çatdıra bilməyib.

Bununla yanaşı qeyd etmək istərdik ki, AZAL-MILES proqramının qaydalarına əsasən:

7) Gold iştirakçı Heydər Əliyev Hava Limanından beynəlxalq istiqamətlərdə uçarkən Biznes zala giriş hüququndan faydalana bilərlər (Yeni Gold iştirakçı kartı əldə etdikdən sonra).

Hazırki məlumat rəsmi elektron səhifəmizdə qeyd olunub.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.