Həbsdəki baş redaktorla bağlı məhkəmə QƏRAR VERDİ
15-11-2022, 17:34

Demokratik.az saytının baş redaktoru Osman Nərmanoğlu haqqında Göygöl Rayon Məhkəməsinin qərarı ilə 5 iyul 2022-ci il tarixdə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, demokratik.az saytının rəhbəri Osman Nərimanoğlu (Rzayevin) Göygöl Rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyevin, xəstəxananın şöbə müdiri Əlikömək Alıyevin və həkim Rəşad Əkbərovun, o cümlədən Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin müdiri İlqar Məmmədovun ərizəsi əsasında saxlanılıb.
Onu da nəzərinizə çatdıraq ki, noyabr ayının əvvəllərində Osman Nərmanoğlu haqqında seçilən həbs qətimkan tədbirinin müddəti məhkəmə qərarı ilə daha 3 ay uzadılıb. Lakin hələlik demokratik.az saytının baş redaktorunun həbs olunmasına əsas verən arqumentlər ictimaiyyətə açıqlanmayıb. Sadəcə, onun yuxarıda adıçəkilən şikayətçilərin ərizəsi haqqında saxlanılması haqqında məlumatlar var. Belə ki, demokratik.az saytında dərc olunan yazılar aidiyyəti üzrə yoxlanılmadan, adları şikayətçi siyahısında olanların iş fəaliyyəti araşdırılmadan belə bir qərarın verilməsi Osman Rzayevin həbsi ilə bağlı qaranlıq məqamların olduğunu ortaya qoyur və yeni suallar yaradır. Odur ki, adıçəkilən şəxslər haqqında demokratik.az saytında dərc olunan yazılar, orada qeyd olunan məqamlar araşdırılmalı və bundan sonra yazılanların ya absud, ya da həqiqət olduğuna qərar verilməlidir. Belə bir hal olmadığı üçün cəza tədbirinin görülməsi həbs olunan şəxsin hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.
Mövzuya qayıdacayıq... //hurriyyet.az//