ABŞ və Rusiya kəşfiyyat rəhbərləri Ankarada NİYƏ GÖRÜŞÜBLƏR?

15-11-2022, 21:29           
ABŞ və Rusiya kəşfiyyat rəhbərləri Ankarada NİYƏ GÖRÜŞÜBLƏR?
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ və
Rusiya kəşfiyyat rəhbərlərinin noyabrın 14-də Ankarada keçiriləngörüşünün məramını açıqlayıb.

Onun sözlərinə görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns ilə
Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkinin görüşü iki ölkə arasında
təhlükəsizlik məsələləri üzrə kommunikasiyaların qorunub-saxlanması məqsədi
daşıyıb.
“Ankaradakı görüşdə Rusiya ilə hazırda açıq olan adi əlaqə kanalları barədə söhbət
aparılıb”, - Kirbi deyib.
Ağ Ev təmsilçisi qeyd edib ki, hansısa məqamı gözdən qaçırmamaq üçün Rusiya ilə
dialoq aparmaq lazımdır.
Bundan öncə CNN telekanalı ABŞ Milli Təhlükəsizlik Şurasındakı adı çəkilməyən
mənbəyə istinadən bildirmişdi ki, Börns ilə Narışkin Türkiyədə Rusiyanın nüvə
silahından istifadə edəcəyi təqdirdə yaranacaq nəticələri, eləcə də Rusiyada
saxlanılan ABŞ vətəndaşlarının taleyini müzakirə ediblər.
Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru